Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
PA rəhbəri şəhid ailə üzvləri, müharibə əlilləri, veteranları və iştirakçıları ilə bağlı tapşırıqlar verib
Samir Nuriyev

Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin 24 noyabr tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, iclası açan Prezident Administrasiyasının və Qərargahın rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin ötən ay ərzində Şuşa və Ağdama səfərlərini qeyd etmiş, bu səfərlər zamanı dövlət başçısının aparılan bərpa və yenidənqurma işlərinə yerində baxış keçirdiyi, bir sıra təməlqoyma mərasimlərində iştirak etdiyini və zəruri tapşırıqlar verdiyini vurğulamışdır. S.Nuriyev dövlət başçısının verdiyi konkret göstərişlər və qoyduğu vəzifələrin Qərargahın gündəlik fəaliyyətində rəhbər tutulduğunu diqqətinə çatdırmışdır.

İclasda işğaldan azad edilmiş ərazilərdə əsas prioritetlərdən biri olan minalardan təmizləmə, şəhərsalma və nəqliyyat-rabitə infrastrukturu layihələrinin icrasının vəziyyəti, su ehtiyatlarının idarə olunması və səmərəli istifadəsi, tarixi-mədəniyyət abidələrinin inventarlaşdırılması və bu abidələrin qorunması sahəsində həyata keçirilən tədbirlər, şəhid ailə üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, yaralıların, müharibə veteranları və iştirakçılarının sosial təminatı məsələlərinə dair məruzələr dinlənilmiş və zəruri tapşırıqlar verilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin azad edilmiş torpaqların bərpa və yenidənqurma işlərinin ən yüksək standartlara uyğun həyata keçirilməsi tapşırığının icrası üçün bütün resursların səfərbər edilərək səmərəli istifadəsinin Qərargahın əsas hədəfi olduğu qeyd edilmişdir.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› Putin 56 nəfərə general rütbəsi verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
Son xəbərlər
Bütün xəbərlər »