Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Türkiyə XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Xarici İşlər Nazirliyi

10 iyun 2021-ci il tarixində Ankara şəhərində Azərbaycan Respublikası və Türkiyə Respublikasının Xarici İşlər Nazirlikləri (XİN) arasında iki ölkənin xarici işlər nazir müavinləri səviyyəsində növbəti siyasi məsləhətləşmələr keçirilib.

XİN-in Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, məsləhətləşmələr zamanı ikitərəfli və çoxtərəfli münasibətlərə dair məsələlər müzakirə mövzusu olub.

Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfovun Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Yavuz Selim Kıran və Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Sedat Önalla görüşü baş tutub.

Görüşlər zamanı Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlər müzakirə olunub, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş »
››› Ağdamın mina xəritəsinin yanlış çıxması ilə bağlı məlumata aydınlıq gətirilib
››› Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
››› Gənc müəllim özünü asaraq öldürüb
››› Ukraynada separatçılar tankları təmas xəttinə yığır
››› Bu gün Ermənistanda seçki keçirlir: Məğlub ölkə yeni böhran qarşısında...
››› Prezidentin təsdiqlədiyi qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur
››› Xəstəxananın direktoru işdən çıxarılıb
Son xəbərlər
Bütün xəbərlər »