Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanıstanın Türkiyə ilə sərhəddə "səs topları"ndan istifadə etməsi qalmaqal yaratdı
Afina, Yunanıstan

Qlobal səhiyyə böhranı Avropa üçün miqrant böhranını səngitməyi bacardı. Sərhədlər bağlandı, Afrikadan, Asiyadan köhnə qitəyə yol tapmaq istəyənlərin qarşısına sədd çəkildi. Bu müddətdə xüsusilə Almaniya əlini yanına salmadı, ölkədəki miqrantların sayını azaltmağa başladı. Təkcə 150-dən çox azərbaycanlı vətəninə qaytarılıb.

Bizimyol.info xəbər verir ki, Yunanıstan miqrant axınının ilk hədəf nöqtəsinə çevrilməsindən zamanla çox şikayət edir. Türkiyədən Avropanın dərinliklərinə bu ölkə ərazisindən keçərək baş vurmaq istəyənlər çox olur. Yunanıstan bir çox hallarda problemdən çıxış yolu kimi güc tətbiqini görüb. Türkiyə dəfələrlə belə yanaşmanın əleyhinə çıxıb. Yunanıstan fərqli metoda əl atmağa başlayıb. Avropa ölkəsi sərhəddə səs dalğaları yaradan cihazlar yerləşdirib. “Səs topları” miqrantları vahiməyə salır.

Yunanıstanın yeni metoduyla bağlı qalmaqal yaşanır. Ölkənin Miqrasiya və Sığınacaq naziri Nitos Mitarakisin daxili işlər üzrə avropalı komissar İlva Yohanssonla görüşü zamanı maraqlı məqam qeydə alınıb. Onlayn suallardan biri uzaqmənzilli aktiv akustik xəbərdaredici sistem (LRAD) haqda olub. Yohansson görüşdə bunu müzakirə etmədiklərini deyib. Buna baxmayaraq, isveçli siyasətçi yunan nazirə iradını bildirib: “Sərhədlərinizi qorumaq üçün çox qəribə metoddan istifadə edirsiniz”.

Mitarakis miqrantlara qarşı istifadə olunan metodu müdafiə edib. O, texnologiyanın yeni imkanlarından istifadənin hüquqa zidd olmadığını deyib: “Bu, kimsəyə zərər vurmadan Avropa Birliyinin sərhədlərini qoruya bilər”.

Uzaqmənzilli aktiv akustik xəbərdaredici sistemin əsas mənfi xüsusiyyəti odur ki, eşitmə qabiliyyətini sıradan çıxara bilər. Türkiyənin iradı da budur. Həyatını onsuz da riskə atan miqrantların bu yolla böyük xəsarət alması mümkündür.

Yohansson Mitarakislə görüşün sonunda yenə fikrində qaldığını bildirib. İsveçli siyasətçi Avropa Komissiyasının belə metodları dəstəkləmədiyini deyib.

Yunanıstan “səs topları”ndan əsasən Maritsa çayı bölgəsində geniş istifadə edir. Çünki Egey dənizinə tökülən çaydan sərhədi keçmək miqrantlara daha əlverişli görünür. Əfqanıstandan, İraqdan olan miqrantlar bura daha çox üz tutur.

Paylaş »
››› Ağdamın mina xəritəsinin yanlış çıxması ilə bağlı məlumata aydınlıq gətirilib
››› Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
››› Gənc müəllim özünü asaraq öldürüb
››› Ukraynada separatçılar tankları təmas xəttinə yığır
››› Bu gün Ermənistanda seçki keçirlir: Məğlub ölkə yeni böhran qarşısında...
››› Prezidentin təsdiqlədiyi qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur
››› Kür çayında 29 yaşlı qadın batıb
Son xəbərlər
Bütün xəbərlər »