Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşğaldan azad olunmuş rayonlarda torpaq tədqiqatı işlərinə başlanılıb
Füzuli Şuşa yol çəkilişi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti işğaldan azad olunmuş Ağdam, Cəbrayıl və Füzuli rayonları ərazisində torpaq tədqiqatı işləri aparıb.

Bizimyol.info xəbər verir ki,  Xidmətdən verilən məlumata görə, bu rayonlar üzrə mərhələli şəkildə torpaq nümunəsi götürülərək torpaq və geobotaniki tədqiqatlar laboratoriyasına təhvil verilib. Analiz nəticələrinə əsasən, torpaqların keyfiyyəti, hansı növ bitkilərin əkilməsinin daha səmərəli olması müəyyən ediləcək.

Torpaqların mövcud vəziyyətinin, münbitliyinin, şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələrinin müəyyən olunması, torpaqların səmərəli istifadəsinə nəzarət edilməsi məqsədilə ölkə üzrə irimiqyaslı çöl torpaq tədqiqatı işləri də aparılır. İlkin olaraq Neftçala rayonunun dövlət mülkiyyətində olan 30284 hektar ərazisində irimiqyaslı torpaq tədqiqatı işləri yerinə yetirilib. Rayonun qış otlaqlarında torpaq tədqiqatı işlərinin aparılması üçün işçi qrupları yaradılıb. Çöl işlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsi məqsədilə bütün qruplar müasir sahəvi ləvazimatlarla təmin olunub. İlk dəfə olaraq çöl torpaq tədqiqatında müasir dövrün tələblərinə uyğun olaraq “TFA DOSMAN” cihazı vasitəsilə torpağın nəmlik dərəcəsinin miqdarı müəyyən edilib. Bununla həmin torpaqların şorlaşma dərəcəsi və bitkilərin məhsuldarlığında önəmli faktorlardan biri olan torpağın turşuluq və qələviliyinin norma daxilində olub-olmaması məlum olur. Nəticədə məhsuldarlığı yüksək olan hansı növ bitkilərin əkilməsinin daha səmərəli olması müəyyən edilir.

Tədqiqat zamanı həmçinin, aşkara çıxan qanunazidd fəaliyyət göstərən süni balıq gölləri, qış otlağı ərazilərinin qanunsuz olaraq əkin məqsədilə istifadə edilməsi və ərazilərdə qrunt suyunun səthə çıxması nəticəsində torpaqların yararsız vəziyyətə düşməsi halları ilə bağlı müvafiq qurumlara məlumatlar göndərilib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən çöl torpaq tədqiqatı işləri ölkəmizin digər bölgələrində də davam etdiriləcək.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› 15 erməni Ermənistana təhvil verilib
››› Şəkərli diabet və skleroz xəstələrinin reyestri yaradılacaq
Son xəbərlər
Bütün xəbərlər »