Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özəl klinikalrda 30 manatdan vaksin alveri
Özəl klinikalrda 30 manatdan vaksin alveri

Səhiyyə Nazirliyi ölkəyə gətirilən "Pfizer" vaskinini biznesə çevirib. Amerika-Almaniya şirkətlərinin birgə istehsalı olan bu vaksin əsasən özəl klinikalara paylanıb. Onlar isə vaksin vurdurmaq istəyən hər vətəndaşdan 30 manat tələb edirlər.

Vaksinin vurdurulması könüllü adı altında məcburidir.İnsanlarda müəyyən şübhələr də qalmaqdadır və qəsdən yayılan söz söhbətlər , onların hansının daha yaxşı olması barədə gəzən şiayələr məhz elə bu günlərə hesablanmışdı. Ölkəmizdə bir şey ki pulludur və bahadır mütləq yaxşıdır kimi bir streotip mövcuddur. "Pfizer"in özəl klinikalra gətirilməsi bu şəkki şübhəni bir az da artırdı.Sinovak vurulduqdan sonra bədəndə anticisimlərin yaranmaması barədə gəzən söz söhbətlər də görünür bu 30 manatlıq peyvəndin sürətlə satılmasına hesablanmışdı. Vaksin müharibələri dönəminə ir az fərqli qaydada ayaq basmış olduq. Bir çox ölkələrdə vaksini almaq üçün mübarizə gedir. Fərqi yoxdur hansı. Bizdə seçim imkanı olum və ya ölüm sualını qarşıya qoyub. Qeyd edək ki hər iki doza vaksin eyni növdən olunsa yaxşıdır. Bu barədə dəfələrlə ÜST məlumat verib.

Təbib isə bildirib ki fərqli vaksinlər vurdurmaq olar amma : “Fərqli ölkələrin peyvəndini vurdurmaq istəyənlər isə bir sıra qaydaları nəzərə almalıdırlar: “Həmin halı şərtləndirən bəzi zəruri məqamlar ola bilər. İlk peyvənd dozası bir, ikinci doza fərqli qrupdan istifadə oluna bilər, lakin onların arasındakı məsafə azı 28 gün olmalıdır, yəni aradan minimum 28 gün keçməlidir ki, ikinci fərqli qrupdan istifadə olunsun. Bu, o zaman tətbiq edilə bilər ki, ilkin vurulan peyvənd dozasının ya vaxtı keçir və yaxud əvvəl edilən peyvənd əlçatan olmasın”. TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev belə deyib. Yəni həvəsi olan gedib ikinci vaksini vurdursun şəklində bir açıqlama. Pandemiya yeni başlayanda hansısa müdrik “dünya daha əvvəlki kimi olmayacaq demişdi”, görünür düz deyirmiş. Biz insanlar məhdudiyyətlərimizə, maskalarımıza alışdıq. Üsyan çıxarmadıq, dərman satışı hesabına milyon qazananlar oldu. Sabah onların dibində şirə qalmış dişləri yenə qaşınacaq, yeni hoqqalar çıxaracaqlar. Bunun olmayacağına heç kim zəmanət vermir. Tələm tələsik hazırlanmış vaksinlər isə yalnız 6 ay qoruyucu effektə malikdir. Bəs sonra? Düşüncəsi insanı yormurmu?

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »