Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İyunun 11-nə olan hava proqnozu
hava

İyunun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.

Bizimyol.info xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 15-20, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 22-23 dərəcə isti olacaq.

İyunun 11-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 14-19 dərəcə isti olacaq.

İyunun 11-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bizimyol.info

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »