Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşəgötürənlər nə üçün gözəl qızları axtarırlar... - İşsizliyin "əxlaq" tərəfi
Qadın ofis işçisi

Azərbaycan əhalisinin təxminən 23 faizi gəncdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 15-29 yaşlı gənclərin 56 faizi işləyir. Dünya üzrə işləyən əhalinin yaş səviyyəsinin gənc olması üstün göstərici hesab olunur. Məsələn, indiyədək əhalinin sayı çox olduğuna görə, hər ailəyə birdən artıq uşaq doğulmasına icazə verməyən Çin əhalinin orta yaş səviyyəsi qocalmasını nəzərə alaraq 3 uşaq doğulmasına icazə verdi. Ucuz işçi qüvvəsi ilə Çin iqtisadi gücünü artırmağa və dünyada ön sıralarda yer almağa nail oldu.

Azərbaycanda gənclərin iş taparkən üzləşdikləri əsas problem maaşın azlığı və təcrübənin istənilməsidir.

Orta məktəbi və ya universiteti yenicə bitirib iş həyatına qədəm qoymuş gəncdən təcrübə nə üçün tələb olunmalıdır? Təcrübə yoxdursa, bu işəgötürənə maaşı az təyin etmək bəhanəsi verir. İş var - marketlərdə, mağazalarda, xəstəxanalarda, Ticarət əyləncə mərkəzlərində xidmət göstərmək üçün işləyə bilərsən. Amma iş saatının da həddən artıq uzun olması gənclərə özünə zaman ayırmağa, inkişaf etməyə imkan vermir. 300 manat maaşla səhər 9-dan axşam 11-ə qədər iş təklif edirlər.

Daha bir problem də dil bilgisidir. Mütləq şəkildə ingilis dilini və ya nə qədər qəribə səslənsə də, rus dilini bilmək tələb olunur.

“Bu yoxdursa, mən öz ölkəmdə niyə iş tapa bilməyim. Axı xaricə getmirəm, sərhədlərimiz daxilindəyəm və işləməyə çox ehtiyacım var”.

Bu cümlələrin müəllifləri sorğu keçirdiyim gənclərdir. Aralarında diplomu olub göndərdiyi CV-lərə illərlə cavab gözləyəni də var, qapı-qapı gəzib iş axtarmaqdan yorulanı da. Hamısı enerjisinin aşıb-daşdığı, ömrünün ən gözəl çağında maddi sıxıntıların əsirinə çevrilənlərdir.

Xanımların əsas gileyi getdikləri iş yerlərində əxlaqsız təkliflər almaları ilə bağlıdır. “İş elanlarında “yaşı 30-a qədər olan gözəl, baxımlı, incə xanımlar axtarırıq” yazırlar. Elə elandan görünür ki, bura ciddi iş yerinə bənzəmir. Biz gözəllik yarışmasına, model yarışınamı qatılacağıq? Odur ki, yaxınlarımız da çox zaman işləməyimizə narazılıq edirlər və ya işləyən qadınlar haqqında xoş olmayan miflər yaranır”. Bu fikirləri 32 yaşlı Səkinə deyir.

“35 yaşında, 40 yaşında işsiz qaldınsa, batdın. Yaşı çoxdur deyib işə götürmürlər, azdır deyib pensiya və ya müavinət də vermirlər. Bəs nə etməliyik?”

Pandemiya şəraitində iş yerlərini itirənlərin sayını da nəzərə alsaq, məşğulluq səviyyəsinin çox yüksək olduğunu söyləyə bilmərik. Dövlət Statistika Komitəsi ölkədə 2020-ci ildə işsizliyin artdığını açıqlayıb. Azərbaycanda işsizlərin sayı ötən il 375,9 min nəfər olub. Bu, öncəki illə müqayisədə təxminən 122 min çox işsiz deməkdir. Bəzi iqtisadi təhlilçilər hesab edirlər ki, ölkədə karyera planlaşdırılmasında problemlər var. Dövlət Məşğulluq Agentliyi isə işaxtarma ilə bağlı müşahidə edilən problemləri aradan qaldırmaq üçün proqramlar hazırladıqlarını bildirir. Amma bu məşğulluq idarələri yalnız elə orada işləyənləri məşğul etmək üçündür. Başqa fayda görən adamı əlində şamla gəzəsən gərək.

Ölkədə peşə məktəblərinə marağın olmaması və ya bu məktəblərin əsl ustalar, peşəkarlar yetişdirməməsi də problemin bir qoludur. Halbuki ölkədə hansısa aktual bir peşəni öyrənib bu işlə ailəni dolandırmaq mümkündür. Məsələn, dərzilik, saç və ya makiyaj ustası, aşpazlıq, avtomobil təmiri, bənna və s. Yetər ki, peşəni yüksək səviyyədə biləsən, işinə məsuliyyətlə yanaşasan, ən əsası da insanlarla rəftarı biləsən. Hər nə qədər gözəl usta olsan da, dilin acı olsa, yalançı olub verilən vədlərə vaxtında əməl etməsən, bu müştəri itkisi ilə nəticələnəcək. Bəlkə Azərbaycan xalqı da nə zamansa diplom xəstəliyindən sağalıb əsl peşəkarlar yetişdirməyin vacibliyinə inanacaq. Oxumaq, ali təhsilli olmaq əlbəttə gözəldir. Amma bir insan ali təhsil almayıb yaxşı sənətkar olubsa, bu onun yarımçıq qalması kimi alqılanmamalıdır.

İlhamə

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Koronavirusa yoluxan və ölənlərin sayı kəskin azalıb: Virus dəyişibmi...
››› Azərbaycanda Türkiyə hərbi bazası Rusiyanı qorxutdu, Kreml təhdid etdi
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› Qarabağ qazisi: "Əlillik pensiyamı kəsiblər, nə yeməliyəm, hava ilə dolanmalıyam?!"
››› Britaniya şirkəti Qarabağda maraqlı layihə planlaşdırır
Son xəbərlər
Bütün xəbərlər »