Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Onu heç “Prometey” də yaxalaya bilməyəcək...
Onu heç “Prometey” də yaxalaya bilməyəcək...

Amerikanın hərbi-sənaye korporasiyası “Northrop Grumman” tərəfindən Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri üçün yaradılan B-21 “Raider” strateji bombardmançısı Rusiyanın S-500 “Prometey” zenit-raket kompleksləri üçün əlçatmaz olacaq.

Virtualaz.org xəbər verir ki, bu haqda “The National İnterest” yazır. B-21 “Raider” dünyanın ən “krutoy” təyyarəsi hesab edilir.

Amerika jurnalı ABŞ Hərbi Hava Qüvvələrinin qlobal zərbələr Komandanlığının rəhbəri, general Timoti Reyə istinadən belə qənaətə gəlib. General deyib ki, perspektiv bombardmançı açıq arxitektura prinsipi və modulluq ilə layihələndirilib. Bu da mümkün yeni təhdidlərə qarşı təyyarəni yeniləməyə imkan verir.

B-21 “Raider” platforması rəqibin yeni radarlarının və böyük məsafəli raketlərinin meydana çıxacağı halda təyyarənin vaxtında modernizasiyasını nəzərdə tutur. Yenilənmələr arasında təyyarənin əməliyyat sisteminin sürətinin artırılması və yeni silah imkanlarına malik olması da yer alır. General bildirib ki, təyyarənin ABŞ-ın başlıca rəqibləri, əsasən də Rusiya və Çin qarşısında üstünlükləri onilliklər boyu davam edəcək.

Pentaqon 145 vahid B-21 “Raider” təyyarəsi almağı planlaşdırır. Bu strateji bombardmançı adi və nüvə silahları, o cümlədən JDAM korrektə edilən bombaları, JASSM raketləri, B83 və B-61-12 nüvə bombaları daşıya biləcək.

Son xəbərlər
Bütün xəbərlər »