Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“10 gündən sonra çox dəhşətli mənzərənin şahidi olacağıq”
Yerevan, İrəvan, Ermənistan

Ermənistanda seçkiöncəsi siyasi gərginlik qalmaqallarla davam etməkdədir.

Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın və eks-prezident Robert Koçaryanın tərəfdarları arasında növbəti dəfə dava düşüb. Məlumata görə, Koçaryanın tərəfdarları Paşinyanın əleyhinə "satqın", "xain" şüaları səsləndiriblər və bu səbəbdən tərəflər arasında qarşıdurma yaşanıb. İnsident nəticəsində xəsarət alanların olduğu və xəstəxanaya yerləşdirildiyi bildirilir.

“Ermənistanda seçki ənənəsi və mədəniyyəti yoxdur. Siyasi rəqiblər arasında toqquşma sözün əsl mənasında müharibə səviyyəsinə gəlib çıxıb”.

Bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, bu situatsiya dönəmində seçki, hakimiyyət uğrunda savaşan və hakimiyyətə gəlmək üçün seçkini bir vasitə olaraq görən tərəflər əslində seçkiyə heç bir formada aid olmayan şəxslərdir.

Əziz Əlibəyli Əziz Əlibəyli

“Üstəlik, bu elə dövrə, şəraitə təsadüf edir ki, birincisi Ermənistan cəmiyyəti dövlətlə birlikdə Azərbaycana məğlub olub və onun psixoloji sarsıntıları altındadır. İkinci isə, dünyanın böyük güclərinin masasında Ermənistan “qurbanlıq” kimi öz bölgüsünü gözləməkdədir. Bu çox dəhşətli stiuatsiyadır.

Nə kifayət qədər radikallaşan Paşinyan və arxasındakı güclər, nə də onu hakimiyyətdən atmağa və bütövlükdə hakimiyyəti qəsb etməyə çalışanlar seçkiyə aid olmayan şəxslərdir. Koçaryan kifayət qədər cəllad keçmişi olan, müharibə cinayətkarı, terrorçu təfəkkürlü adamdır”.

Əziz Əlibəylinin sözlərinə görə, bu gün yaşananlar o deməkdir ki, ayın 20-də keçiriləcək seçkilər axşamı, qutular açıldıqdan sonra Ermənistan cəmiyyətinin bu məsələni həll etməsinin ideal versiyası işə düşəcək.

“Bu isə qarşıdurmadır. Tərəflər kifayət qədər nifrətə kökləniblər və heç biri hakimiyyəti itirmək variantına hazır deyil. Seçkidə uduzmaq başqa böyük güclərin də birdəfəlik oradakı mövqelərinin aradan çıxması anlamına gəlir.

Bu gün Koçaryan və Paşinyan tərəfdarları arasındakı toqquşma artıq Ermənistandakı vətəndaş qarşıdurmasının ilkin təzahürləri və elementləridir. Biz 10 gündən sonra - 20-si gecəsi çox dəhşətli mənzərənin, qanlı tablonun şahidi olacağıq. Bununla da Ermənistan seçkisi, cəmiyyəti və Ermənistan məfhumu bütövlükdə dəfn ediləcək”,- deyə siyasi şərhçi bildirirb.

Qeyd edək ki, bir neçə gün əvvəl də hakimiyyətə iddialı olan Koçaryanın və Paşinyanın tərəfdarları arasında dava düşmüşdü. Hadisə Çarentsavan şəhərində baş vermişdi. Belə ki, Nikol Paşinyanın tərəfdarları Robert Koçaryanın rəhbərlik etdiyi "Hayastan" blokunun qərargahına hücum edərək binanı yumurta atəşinə tutmuşdular.

Leyla Mirzə

Paylaş »
››› ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"
››› Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› German Kulikovski: “Ermənistan Qərbə yönələcək, Rusiya Qarabağdan çıxarılacaq”
››› Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
Son xəbərlər
Bütün xəbərlər »