Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əlillərin pensiyasını kəsməkdənsə, korrupsiyanın qarşısını alsınlar"
Bankomat, pensiya, maaş

2016-cı ildə Nazirlər Kabinetinin və 2015- ci ildə Milli Məclisdə qəbul edilmiş qərarlarla əlilliyə səbəb olan xəstəliklərin bir qismi xəlvətcə, heç vətəndaşın ruhu da incimədən, siyahıdan çıxarılıb. Bu gün yaşanan problemlərin əsas səbəbi budur. İndi əlillik dərəcəsi müddəti bitən insanların pensiyasını kəsirlər ki, daha bu xəstəliyə görə əlillik dərəcəsi düşmür. Etiraz edib təkrar komissiyaya gələnlərə isə gah "sağlamsan", gah da "saxta sənəd almısan" deyirlər. Adam 5 il əvvəl komissiyadan keçəndə bu xəstəliyə əlillik dərəcəsi düşürdü, indi daha düşmür! Bu işi də qanunla əsaslandırıblar.

Bir neçə ay öncə elan edildi ki, Azərbaycanda mövcud I, II və III qruplar üzrə əlillik meyarları beynəlxalq təcrübəyə uyğun gəlmir. Əlilliyin təyin edilməsi meyarları beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq. Yeni meyarlar 1000-dən çox xəstəliyi əhatə edəcək.

Hazırda meyarlarla bağlı iş aparılır. Əlilliyin təyin olunması meyarları beynəlxalq standartlara uyğunlaşdırılacaq və bununla bağlı İşçi Qrup yaradılıb. Əlilliyin I, II və III qruplar üzrə deyil, dərəcələrə görə təyin edilməsi gözlənilir. Hazırda bir çox xəstəliklər meydana çıxıb ki, köhnə əlillik dərəcələri onları əhatə etmir. Məsələn, onkoloji xəstəliklərin bəzi növlərində artım, bəzi növlərində isə azalma olur. Bunun dərəcələr üzrə müəyyənləşməsi nəzərdə tutulur. Sözdə yaxşıdır. Amma qruplar üzrə deyil, dərəcələr üzrə, yəni vətəndaşın itirilmiş sağlamlığının onun işinə hansı təsir edəcəyi barədə danışılmır. Məsələn, bir tarzən və ya hansısa musiqiçi, rəssam barmağını itiribsə, bu o deməkdir ki, o bir daha öz sənəti ilə məşğul ola bilməyəcək, amma bir əli itirilmiş hansısa alim, deputat öz işinə rahatlıqla davam edə bilər.

“Ölkədə əlillik dərəcəsinin yenidən təyin edilməsi 630 min insanın həyatına təsir edəcək. Bunu bizimyol.info-ya deputat Əli Məsimli deyib.

Əli Məsimli - Deputat Əli Məsimli

“Dövlət bununla qənaət etmək istəyirsə, bu, cüzi rəqəmdir , korrupsiyanın qarşısını alsalar, korrupsioner məmurların haram yolla yığdıqlarını müsadirə eləsələr, monopoliyaya qarşı mübarizədən milyardlar qazanmaq, daha çox vəsait əldə etmək olar. Əlillərin hesabına qənaət etmək olmaz. Onların böyük əksəriyyətinin müavinəti 200 manat ətrafındadır. İnsanların buna ehtiyacı var.

Əlilliyin müəyyənləşdirilməsi ilə bağlı yeni qaydaların tətbiqi özü ilə yeni problemlər yaradır. Əgər 7 nəfərin əlilliyi ləğv olunsaydı, bu həmin əlillərin saxtakarlığa yol verməsi demək olardı,700 nəfər olsaydı, yenə günahı həmin 700 nəfərin üstünə yıxa bilərdik. Amma onların sayı 7000 nəfərdirsə, 17 min nəfərdirsə, artıq burada əsas məsuliyyət Səhiyyə Nazirliyinin və ƏƏSMN-in üzərinə düşür. Əlilliyin təyin edilməsində çoxlu instansiyaların, həkim komissiyalarının olması o deməkdir ki, bu qurumlar bir-birlərinə inanmırlar. Xalq isə heç birinə inanmır və ara yerdə əziyyət çəkir. Əlilliyi haqsız yerə ləğv edilmiş insanların bərpası üçün komissiyalar yaradılmalıdır. Qazilərin əlilliyinin müəyyənləşdirilməsi problemi də hələ aradan qaldırılmayıb, bu yöndə hökumət mühüm işlər aparmalıdır”,- deyə millət vəkili qeyd edib.

Bəli, aydın məsələdir ki, bunu havayı qazanc yeri kimi görüb saxta əlillik əldə edənlər də az deyil. Lakin ehtiyacı olub haqqını ala bilməyənlərin sayı qat-qat çoxdur. Müzakirələr günlərlə, aylarla uzana bilər. Bu müddət ərzində evdə oturub tək ümidi o alacağı müavinət olan, qayğıya ehytiyacı olan təbəqə nə etməlidir? Danışmaq onların süfrəsinə bir çörək qoymağı əvəz eləmir.

İlhamə

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »