Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan öz oğlunu Azərbaycana təklif edir: Bizə “pivəsatan” lazımdırmı...
Nikol Paşinyan ailəsi ilə birlikdə

Bir neçə gün öncə Ermənistanın eks-prezidenti Serj Sarkisyan Nikol Paşinyana təklif edib ki, oğlun Aşotu Azərbaycanda saxlanılan 20-25 Ermənistan əsgərinə dəyiş. Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyan isə buna cavab olaraq bildirib ki, bu təkliflə razıdır.

Buradan sual yaranır ki, Nikol Paşinyanın oğlu Aşot Azərbaycana lazımdırmı? Ümumiyyətlə, hansı təklif qarşısında diversantları buraxmaq doğru addım olar?

Hərbi-siyasi ekspert Elçin Axundzadə Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, mütəxəssisləri əsgərə dəyişmək olmaz.

Elçin Axundzadə Elçin Axundzadə, Hərbi ekspert, ehtiyatda olan zabit

“Böyük Vətən müharibəsi zamanı Stalinin oğlu əsir düşmüşdü və o zaman almanlar istəyirdilər ki,  onu Fredrik Paulus ilə dəyişsinlər. Stalin isə demişdi ki, mən əsgəri generala dəyişmirəm. Nikol Paşinyanın oğlu da barda işləyir, ya bar saxlayır. Saxlanılan Ermənistan təxribatçıları isə zabitlər, kəşfiyyatçılar, mütəxəssislərdir. Onları hazırlamaq üçün illər sərf olunub. Biz əsgəri zabitlərə, mütəxəssislərə dəyişə bilmərik. Bəyəm bu alverdir? Onlar ömür boyu deyirdilər ki, azərbaycanlılar ticarətçidirlər. Amma görünən odur ki, əsl ticarətçi onlar imiş.

Bunlar hamısı populist çıxışlardır. Ermənistanda 20 iyun tarixində seçkilər keçiriləcək. Paşinyan da seçkidə xal qazanmaq üçün bu məsələni ortaya atıb. Azərbaycan heç vaxt belə bir addım atmaz. Çünki bu biabırçılığa səbəb olar”.

Ekspertin sözlərinə görə, ümumilikdə götürəndə siyasi aləmdə alver mümkündür.

“Həmin diversantlar gücümüzü nümayiş etdirmək, maraqlarımızı qorumaq üçün bizim əlimizdə olan alətdir. Biz bundan məharətlə və mərhələli şəkildə istifadə etməyi bacarmalıyıq. Məhkəmə prosesi başa çatdıqdan, real hökm kəsildikdən, bunun üstündən bir il ötdükdən və bütün dünyaya Ermənistanda Livandan gələn qanunsuz yaraqlıların vuruşduğunu göstərdikdən sonra mərhələli və maraqlar çərçivəsində dəyişmək olar. Məsələn, bunun qarşılığında mina xəritələrini almaq, Ermənistanı sərhəd barədə müqavilə bağlamağa məcbur etmək olar. Bu dünyanın hər yerində belədir. Onları burada saxlamaq, yedirmək, içirməklə heç nə əldə edə bilmərik.  Onlardan tam olaraq istifadə etmək lazımdır”.

Qeyd edək ki, hazırda Aşot Paşinyan İrəvanda barlardan birində pivə satır. Yerli medianın iddiasına görə, bu, bir tamaşadır, yaxınlıqda mühafizəçilər dolaşırlar və onların hər birinə 3700 dollar maaş verilir.

Leyla Mirzə

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› İki övladı olan şəhidin ailəsi Bakıda yeni ikiotaqlı mənzillə təmin edilib
››› Melikyan “Şuşa Bəyannaməsi” barədə: “Rusların Qarabağda uzun müddət qalması şübhəli görünür”
››› “Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər” – Qərb mətbuatı
››› Qarabağ münaqişəsini kimlər yenidən başlatmaq istəyir?..
››› Rusiyada təyyarə qəzası: ölənlər və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »