Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı Şəhər və rayonların İcra Hakimiyyətləri paytaxt sakinlərinə müraciət edib
Bakı - Eyvanlarda çiçək

Bakı Şəhər və rayonların İcra Hakimiyyətləri paytaxt sakinlərə çiçəklərə qulluq etmələri üçün müraciət edib.

Bizimyol.info xəbər verir ki, müraciətdə deyilir:

“Bakı Şəhər və rayonların İcra Hakimiyyətləri tərəfindən paytaxtın rayonlarında küçə və prospektlər boyunca yerləşən yaşayış binalarının eyvanlarında müxtəlif güllərlə bəzədilmiş dibçəklər yerləşdirilir.

Bununla əlaqədar paytaxt meriyası və rayon İcra Hakimiyyətləri sakinlərimizə müraciət edərək öz şəhərini sevən hər bir vətənpərvər insanı bina və həyətlərin yaşıllaşdırılması və bəzədilməsi işlərində fəal olmağa, paytaxtımızın gözəlliyinə öz töhfəsini verməyə çağırır.

Qeyd olunmalıdır ki, bu mənzərəyə dünyanın bir çox şəhərlərində rast gəlmək olar. Sakinlər öz təşəbbüsləri ilə yaşadıqları binaların eyvanlarını müxtəlif rəng çalarlı gül-çiçəklərlə bəzəyirlər.

Təcrübə göstərir ki, sakinlər bu təşəbbüslərdə fəal iştirak etdikdə işlər daha geniş vüsət alır. Hər bir sakin, onların ailə üzvləri eyvanlarında qoyulan dibçəklərdəki güllərə qulluq edib, onlara mütəmadi olaraq su verərsə güllər daha yaxşı inkişaf edərək əraziyə gözəllik verəcək.

Artıq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi və kommunal qurumlar tərəfindən gül dibçəklərinin binalara paylanmasına başlanılıb”.

Bizimyol.info

Paylaş »
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »