Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeganə qadın şəhidimiz Arəstə Baxışova beynəlxalq medala layiq görülüb
Vətən Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova beynəlxalq medala layiq görülüb

Azərbaycanın 44 günlük Vətən Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın ailəsinə Beynəlxalq “Florence Nightingale” medalı təqdim edildi.

Bu barədə bizimyol.info-ya şəhid xanımın ailəsindən məlumat verilib.

Medal Beynəlxalq Tibb Bacıları Günü münasibətilə təqdim edilib.

Medala şəhid xanımla birlikdə dünyanın 18 ölkəsindən olan silahlı münqaişə və ya təbii fəlakətlər zamanı qəhrəmanlıq göstərmiş 25 tibb bacısı təltf edilib.

Qeyd edək ki, medal layiq görülənlərə öz ölkələrinin Qızıl Xaç və ya Qızıl Aypara Cəmiyyətlərinın təklifi əsasında verilir. Arəstə Baxışova bu mükafata ölümündən sonra layiq görülüb.

Xatırladaq ki, 1989 –cu il təəllüdlü Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub və Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn edilib.

O, Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Şəhidin iki övladı qalıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisindən bizimyol.info-ya bildirilib ki, medal Florans Naytingeylin yaralılara və xəstlərə göstərilən qayğının təkmilləşdirilməsi istiqamətində gördüyü böyük və müstəsna xidmətlərinə ehtiram əlaməti olaraq Milli Cəmiyyətlərin töhfələri hesabına 1912-ci ildə fond təsis edilib.

Florans Naytingeylin həyat yolunu və fəaliyyətini daima yad etmək üçün fondun gəlirləri “Florans Naytingeyl” medalının təqdim edilməsinə sərf olunur.

Bu medal Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə mütəmadi olaraq dəstək göstərən könüllü kiçik tibb işçilərinə, o cümlədən bütün dünyada tibbi müəssislərinin fəaliyyətinə daima aktiv şəkildə iştirak edən ixtisaslı tibb bacılarına və qardaşlarına təqdim olunur.

“Florans Naytingeyl” medalı sülh və müharibə dövründə silahlı münaqişə və ya təbii fəlakətlər zamanı müstəsna cəsarət və fədakarlıq göstərərək yaralılara, xəstələrə, əlil insanlara və ya mülki şəxslərə yardım edən, habelə ictimai səhiyyə və ya tibb bacısı ixtisası sahəsində nümunəvi xidmətlərinə və yaradıcılıq ruhuna görə fərqlənən insanlara təqdim olunur.

Paylaş »
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Tovuza növbəti hücumun pərdəarxası: Rusiya Koçaryanı Qarabağda “prezident” etmək istəyir
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› Ermənistanın hücum cəhdi: Rusiya yeni münaqişə ocağı yaratmaq istəyir
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› Azərbaycanlı prodüser iş yerində ölüb
››› PKK-nı bitirmək planı: "Azərbaycan Türkiyəyə dəstək verəcək"
Son xəbərlər
Bütün xəbərlər »