Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Kitab oğruları” parlamentdə də müzakirə olundu
Milli Məclis

Bir neçə gün öncə Səbail rayonunda yerləşən “Ali və Nino” kitab mağazasından 2 gəncin kitab oğurlaması xəbəri gündəmi zəbt etdi. Paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədovun götürdükləri kitabların ümumi məbləği 100 manatdan az olub. Onlar “Gecəyarısı uşaqları” və "İlahi komediya” kitablarını oxumaq üçün götürüblər.

“Mən ömrümün sonuna kimi bu kitabları oxumayacağam. Sən demə, bu əsərlər mənim evimdə kitabxanamda olub. Kitablarım o qədər çoxdur ki, onların sayını belə itirmişəm. Həmin gün məqsədimiz sadəcə, bu kitabları oxumaq idi. Haradan bilərdim ki, onlar məndə də var. Bu hadisədə biz “Gecəyarısı uşaqları” olduq və başımıza "İlahi komediya" gəldi. Siqnalizasiya işə düşdü və biz həmin kitabları yerindəcə təhvil verdik. Məhkəmə haqqımızda bəraət verib. Biz günahsızıq. Oğurluq olsaydı, haqqımızda məhkəmə bəraət verərdimi? Günahımız olsaydı, məhkəmə bizim haqqımızda icbari həbs verərdi? Biz oğru deyilik”. Bu fikri Elvin səsləndirib.

Nigar Köçərli Nigar Köçərli, kitab mağzasının müdiri

Cəmiyyətdə bu hadisə birmənalı qarşılanmadı. Bəziləri "oğurluq elə oğurluqdur, yolverilməzdir" desə də, böyük əksəriyyət "kitab oğurluğu oğurluq sayılmaz" dedi. Tanınmış jurnalist İlqar Əlfioğlu tərcümə etdiyi “Gecəyarı uşaqları” kitabını imzalayaraq o gənclərə verəcəyinin, alim Zaur Əliyev öz kitablarının bir neçəsini onlara bağışladığını bildirdi.

Bir çoxları bunu kitab mağazasının rəhbəri Nigar Köçərlinin reklam kampaniyası olduğunu söylədi. Fikir bu deyildisə də, nəticə ara reklam oldu. Yeri gəlmişkən “Əli və Nino” kitab mağazasında kitabların qiyməti çox bahadır.

Bu kitab oğurluğu məsələsi dünən parlamentdə də müzakirə olundu. Deputat Kamal Cəfərov kitab oğurlamaqla gündəmə gələn gəncləri müdafiə etdi. O bildirdi ki, həmin mağazanın sahibi Nigar Köçərli iki gənci cəmiyyətə oğru kimi təqdim etməyə çalışması bir yana, onların icazəsi olmadan fotolarının yayılmasına da məsuliyyət daşımalıdır.

Kamal Cəfərov Kamal Cəfərov

“Hüquqi cəhətdən hər hansı oğurluğun dəyəri 100 AZN-dən çox olmadıqda, bu, cinayət əməli olmur, inzibati xətadır. Buna görə də hakim həmin əməldə xəta olmadığından onlara bəraət verdi. İnzibati Xətalar Məcəlləsinə görə, foto və çəkiliş icraat aparan şəxsin icazəsi olmadan yayımlanmamalıdır. İnzibati xətanı elə Nigar xanım özü törədib. Oğrular adətən kitab oğurlamır. Kitab oxuyanlar da oğru olmur”.

Ölkədə "karvanı malı, sarvanı şalı ilə yeyənlər" var ki, onlara qaşın üstə gözün var deyən olmur, oğru kimi damğalanmırlar. İki fikir adamının, elmə, kitaba marağı olan insanın imkanı olmayıb kitabı pulsuz götürmək cəhdini mən alqışalara layiq bilirəm, nəinki qalmaqala. Zər qədrini zərgər bilər, çörəyi ver çörəkçiyə, birini də üstəlik, demişdi bizim aqillər. Bir də elə ilk kitabımız olan “Quran” da “Oxu” əmri ilə başlayır. Başına heykəl qoyulası adamların başına tikandan çələng qoymaq cəmiyyətin ayıbı olardı, çələngi daşıyanların yox.

İlhamə

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »