Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: “Bunların hamısı bizim ölkəmizdə baş verir... - saymaqla bitməz”
Yoxsulluq

Milli Məclisin dünənki iclasında 2020-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

Bildirilib ki, dövlət büdcəsinin gəlirləri gözləniləndən 2,3 faiz çox, xərcləri isə 3,9 faiz az icra olunub. 2020-ci ilin icmal büdcəsinin gəlirləri 24 milyard 462,5 milyon manat, xərcləri isə 29 milyard 160,3 milyon təşkil edib.

Müzakirələr zamanı deputat Tahir Kərimli maraqlı fikirlər səsləndirib. O bildirb ki, Azərbaycan Respublikasının dövlət büdcəsinin həcmi artırılmalıdır.

Tahir Kərimli Tahir Kərimli

“Niyə bizim büdəcmiz 48 milyard dollar və ya 80 milyard manat olmasın? Nə mane olur ki, bu olmasın. Elə şeylər var ki, biz beynəlxalq standartlarla bağlayırıq. Alqı-satqımız beynəlxalq standartlarla həyata keçirilir, inflyasiya, bahalaşma - bunların hamısı beynəlxalq bazarların təsiri altında həyata keçirilir, bəs xalqa verdiyimiz pensiyanı niyə beynəlxalq standartlara uyğunlaşdırmırıq? Elə şeylər var bizdən asılıdır, büdcəmiz niyə 80 milyard yox, 24 milyon manat olmalıdır ki? Əgər deyirilirsə, bu ölkədə korrupsiya olmamalıdır, deməli, olmamalıdır. Əgər deyilirsə, inhisarçılıq, süni bahalaşma olmamalıdır, deməli olmamalıdır, amma olur. Bunların hamısı bizim ölkəmizdə baş verir. Pandemiya ilə bağlı seçicilərimizin görüşünə gedə bilmirdik, indi yollar açılıb, gedəcəyik.

Mən bilirəm ki, bütün deputatların ürəyi həyəcanla döyünür vətəndaşlarla görüşəcəyik deyəndə. İnsanların qabağına biz çıxırıq, məmurlar, nazirlər yox. Axı cavab vermək olmur. Xəstəsini müalicə etdirmək istəyən, pensiya və müavinət tələb edən, ehtiyacı olan... - saymaqla bitməz. O qədər problemləri olan insanlar var. Biz o zəhməti götürürük. Amma parlamentdə hansısa nazirliyin ünvanına balaca bir tənqid səslənən kimi inciyirlər”,- deyə millət vəkili bildirib.

Çıxışında təhsil sistemimizdəki qüsurlardan da danışan Tahir Kərimli bildirib ki, bizim ən böyük problemimiz yeni ideya yarananda yeni sistem qurmadan köhnə sistemi məhv etməyimizdir.

“Bolonya təhsil sisteminə keçən kimi Sovet təhsil sistemini məhv etdik. Halbuki hərtərəfli bilik verirdi, çox yüksək intellektual insanların yetişməsinə səbəb olmuşdu bu təhsil sistemi. Köhnəni dağıtdıq, yeniyəsə hazır deyildik. Dağıtdıq tökdük, nə ortaya çxdı? Niyə elm sahəsində Nobel mükafatçılarımız, dünyaya səs salan çoxlu sayda elm adamlarımız yoxdur? Büdcənin elm-təhsilə ayrılan hissəsinin ÜDM-in 4 faizinə yaxınlaşması sevindirici haldır. Çünki inkişaf etmiş ölkələrdə bu göstərici 6-7 faizə çatır. Bizdə bir neçə il əvvəl bu sahə üzrə xərclər cəmi 2 faiz təşkil edir. Bizim büdəcmizdə təhsilə ayrılan vəsait 4 faiz, elmə ayrılan vəsait 0,2 faiz təşkil edir. Bu çox az vəsaitdsir. Elm, təhsil deyəndə bundan 20-30 il sonranı, gələcəyimizin kadrlarını düşünməliyik”,- deyə Tahir Kərimli qeyd edib.

İclasa sədrlik edən Sahibə Qafarova onun fikirləri ilə razılaşmayaraq bildirib ki, Azərbaycanda təhsilin səviyyəsi yüksəkdir.

İlhamə

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »