Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə Ermənistandan idarə edilən şəbəkə tutulub
Haker, internet təhlükəsizliyi

“Türkiyənin Mersin əyaləti Polis İdarəsinin Kiber cinayətlərə qarşı mübarizə şöbəsinin 18 əyalətdə qanunsuz yolla qumar oynayanlara qarşı keçirdiyi əməliyyat nəticəsində 86 şübhəli tutulub”.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu, Türkiyənin Mersin əyaləti Polis İdarəsinin Kiber cinayətlərə qarşı mübarizə şöbəsinin yaydığı yazılı açıqlamada bildirilib.

Məlumata görə, bu şəbəkə 65 milyon lirəlik (7 551 471 dollar) rəqəmsal valyuta platformalarında 190 milyon ( 22 073 530 dollar) lirə pul kütləsini idarə etdiyi müəyyən olunub.

Ermənistandan internet saytı quran şübhəlilər 273 nəfərin adına rəqəmsal valyuta hesabı açıb. Onların Ermənistandan qanunsuz mərc, şans və qumar oyunları oynatdıqları təsbit edilib.

Polis Mersin, Antalya, Aydın, Batman, Bolu, Bursa, Denizli, Gaziantep, Giresun, İstanbul, Kayseri, Kırklareli, Kocaeli, Manisa, Muğla, Şanlıurfa, Tekirdağ və Zonquldağda eyni vaxtda keçirdiyi əməliyyat nəticəsində 86 nəfər tutulub.

Şübhəlilərin yaşadıqları ünvanlardan mərc oyunlarının gündəlik, həftəlik və aylıq mühasibat qeydləri, qazanc cədvəlləri, 31 ədəd cib telefonu, 8 kompüter, cinayət nəticəsində əldə edilən 23 635 lirə aşkarlanaraq götürülüb.

Daha 31 şahidin tutulması üçün fəaliyyət göstərilir.

Paylaş »
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› Tovuza növbəti hücumun pərdəarxası: Rusiya Koçaryanı Qarabağda “prezident” etmək istəyir
››› Ermənistanın hücum cəhdi: Rusiya yeni münaqişə ocağı yaratmaq istəyir
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› Azərbaycanlı prodüser iş yerində ölüb
››› PKK-nı bitirmək planı: "Azərbaycan Türkiyəyə dəstək verəcək"
››› MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəsmi açılış mərasimi baş tutub
Son xəbərlər
Bütün xəbərlər »