Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qənirə Paşayevadan sərt sözlər: “Mənə deyirlər ki, bu barədə danışma”
Qənirə Paşayeva

Milli Məclisin dünən keçirilən plenar iclasında çıxış edən deputat Qənirə Paşayeva bəzi məmurların nəinki sadə vətəndaşları, hətta deputatları belə saymaması barədə danışıb. Millət vəkili çıxışında məmurların ölkə qanunvericiliyini heçə saymasına fiqqət çəkib. O cümlədən, məmurların deputatlara qarşı saymazyana münasibəti də millət vəkilinin vurğuladığı problemlər sırasında yer alıb.

“Problemlər yaranır, vətəndaş üz tutur məhkəmələrə. Məhkəmə qərar verir, lakin qərar icra edilmir. Adam nə istəyir, deyir məhkəmənin qərarı icra olunsun! Qurumun rəsmisinə zəng edirəm, deyir belə vətəndaşların sayı çoxdur, baxılacaq. Millət vəkili əgər bir məsələni qaldırırsa, onun şəxsi marağı yoxdur. O həll etmək əvəzinə mənə deyir, sən bu məsələni qaldırma. Bundan sonra mən seçiciyə necə deyə bilərəm, siz məhkəməyə inanın.

Yüzlərlə, minlərlə şikayətçi bizə müraciət edir. Məmurların qapısı bağlıdır, bizim qapımız açıqdır, gəlirlər, sözlərini deyə bilirlər.

Millət vəkili Qarabağ döyüşçüsü olmuş vətəndaşın sığorta ilə bağlı məhkəmə qərarının icrasına nail ola bilmədiyini vurğulayıb:

“1-ci Qarabağ müharibəsində döyüşüb əlil olmuş insanlar mənə müraciət edirlər. Bu günə qədər öz sığortasını ala bilmir. Adam nə istəyir, deyir məhkəmənin qərarı icra olunsun! Qurumun rəsmisinə zəng edirəm, deyir, olacaq, amma edilmir. Niyə Cənab Prezidentin sərəncamlarını məmurlar illərlə yerinə yetirmirlər? Dövlət məmuru ilk növbədə insanlarla, vətəndaşlarla danışmağı öyrənməlidir.

Məmur mənə deyir, sən bu problemi artıq 4 dəfə səsləndirmisən. 4 dəfə səsləndirmişəmsə, demək, problem yerində qalır və o həll edilməlidir, yoxsa mənə deyilməməlidir ki, bu barədə danışma. Əgər belə məmurlar öz məsuliyyətlərini dərk etməsələr, mən gələn dəfə ad çəkəcəyəm. Millət vəkillləri ilə danışanda üslublarına diqqət etsinlər! Əgər diqqət etməsələr, biz adlar da çəkəcəyik. Deyirlər, Qənirə xanım, siz bu məsələləri qaldırmayın! Mənim hansı məsələni burada qaldırıb-qaldırmamağı məmur müəyyən etmir, mən müəyyən edirəm!”, - deyə Q.Paşayeva bildirib.

İlhamə

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »