Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan və Bayden təkbətək görüşdə nələrdən danışacaqlar... - Blinken açıqladı
Co Bayden və Rəcəb Tayyib Ərdoğan

ABŞ və Türkiyə arasındason vaxtlar müşahidə olunan fikir ayrılıqları iki ölkə prezidentləri Rəcəb Tayyip Ərdoğan və Co Bayden arasında gözlənilən təkbətək görüşün əsas gündəmini təşkil edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Entonu Blinken açıqlama verib: "Əminliklə deyə bilərəm ki, Prezident Bayden Prezident Ərdoğanla görüşdüyü zaman gündəmin mərkəzi maddəsi bu, olacaq".

Blinken ABŞ Senatının Xarici Əlaqələr Komitəsi qarşısında dinləmələrdə çıxış edərək Vaşinqton və Ankara arasındakı ziddiyyətlər barədə danışıb: “İndi qeyd etdiyiniz mübahisələr gizli deyil. Türkiyə bir çox cəhətdən NATO müttəfiqinin davranacağı şəkildə davranmır. Son olaraq bu hal Rusiyadan S-400 alınması ilə əlaqədar müşahidə olunub".

Bundan əlavə, onun fikrincə, Türkiyə Şərqi Aralıq dənizində " narahatlıq doğuran" hərəkətlər edir: "Bu səylərin bir hissəsini dayandırmasından məmnun olduq. O cümlədən gəmilərini müstəsna iqtisadi zonanın bir hissəsi hesab etdiyi ərazidən çıxarması da daxil olmaqla...".

“Bizim də Türkiyədəki insan haqları, jurnalistlərə münasibətlə bağlı ciddi narahatlıqlarımız var”,- deyə ABŞ dövlət katibi bildirib. Onun sözlərinə görə, "Prezident Bayden Prezident Ərdoğanla bütün bu məsələlərdə birbaşa qarşılıqlı əlaqə qurmaq fürsəti əldə edəcək".

“Mən də deyim ki, Türkiyənin Qərbdə lövbər salmasında maraqlıyıq. Suriyada, terrorla mübarizədə, Əfqanıstanda, Rusiya və İranın müəyyən zərərli təsirini dəf etmək baxımından əhəmiyyətli və üst-üstə düşən maraqlarımız var. Ancaq birbaşa fikir ayrılıqları ilə məşğul olmalıyıq”,- deyə Blinken əməkdaşlıq istiqamətlərini də göstərib.

Ərdoğan və Bayden arasında ikitərəfli danışıqların NATO-nun 14 iyunda Brüsseldə keçiriləcək zirvə görüşü çərçivəsində baş tutması planlaşdırılır. Bu, onların dövlət başçıları olaraq ilk görüşü olacaq; tərəflər qışdan bu yana bu fürsəti gözləsələr də, qarşılıqlı hücumları və tənqidləri dayandırmırlar. Ərdoğan Vaşinqtonu xüsusən də Yaxən Şərq bölgəsində qeyri-konstruktiv və təhlükəli bir siyasət yürütməkdə günahlandırır; ABŞ da öz növbəsində Türkiyədənin "demokratiyadan geri çəkilməsindən" təşvişə düşdüyünü iddia edir.

Xatırladaq ki, Türkiyə mənbələrinin açıqladığına görə, prezidentlər arasında görüş zamanı Qarabağ məsələsi də müzakirə olunacaq. Ehtimal olunur ki, tərəflər Rusiyanın Qafqazda təsirinin azaldılması üçün birgə yollar axtaracaqlar.

Paylaş »
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Həbsdə olan iş adamına işgəncə iddiaları var: DİN açıqlama verdi
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
››› Vitse-spikerin müsahibəsi Ramiz Mehdiyevi bitirə bilər
Son xəbərlər
Bütün xəbərlər »