Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Antoniu Quterreş ikinci dəfə BMT Baş katibi postuna tövsiyə edilib
Antoniu Quterreş

BMT Təhlükəsizlik Şurası (TŞ) Antoniu Quterreşin təşkilatın Baş katibi postuna növbəti dəfə seçilməsini yekdilliklə təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Estoniyanın BMT-dəki daimi nümayəndəsi Sven Yurqenson bildirib.

Məlumata görə, məsələ BMT TŞ-nin qapalı keçirilən qısa sessiyasında müzakirə edilib və A.Quterreşin ikinci dəfə təşkilata Baş katib seçilməsi üçün Baş Assambleyaya tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.

Baş Assambleyada formal təsdiqləmə prosedurlarına tezliklə başlanılması gözlənilir. A.Quterreşin Baş katib postunda ikinci dövründə gündəliyinin əsas istiqamətinin münaqişələrin həlli olacağı bildirilir.

Qeyd edək ki, 72 yaşlı portuqaliyalı siyasətçi 2017-ci ildən BMT Baş katibi postundadır.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› XİN: AİHM-in Ermənistanın 11 vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərarını alqışlayırıq
Son xəbərlər
Bütün xəbərlər »