Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlını öldürən rus polis azad olundu, mərhumun dostlarına cinayət işi açıldı
Vəkil Abdullayev Rusiya polisi tərəfindən öldürüldüyü epizod

Rusiyanın Novosibirsk şəhərində azərbaycanlının öldürülməsi qalmaqalı gözlənilməz mərhələyə qədəm qoyub. Vəkil Abdullayevi qətlə yetirən Aleksandr Qusev sərbəst buraxılıb. Üstəlik, hadisənin şahidləri olan mərhumun dostları həbs edilib.

Bizimyol.info xəbər verir ki, İlkin İsmayılov və Ruslan Qurbanov oğurluqda ittiham olunur. Novosibirsk sakinlərindən biri 2020-ci ildə onun telefonunu və pullarını əlindən alanların məhz bu azərbaycanlılar olduğunu bildirib. Şikayətçi televiziya xəbərlərində həmin şəxsləri görərək tanıdığını deyib. Polis İsmayılovla Qurbanovu bu şikayət əsasında həbs etdiyini açıqlayıb. Vəkil Abdullayevin dostları cinayət məsuliyyətinə iyunun 5-də cəlb olunub.

Aleksandr Qusev azərbaycanlıya mayın 28-də tabel silahıyla Moşkovo qəsəbəsində atəş açmışdı. Yayılan videogörüntülər göstərir ki, iki polis əməkdaşı azərbaycanlıların olduğu avtomobili saxlayıb. Hər ikisi Ruslan Qurbanova güc tətbiq edib. Vəkil Abdullayev dostunun polis maşınına otuzdurulmasına mane olmağa çalışıb. Bu zaman Qusev əlini silaha atıb və Abdullayev başından yaralanıb. Onu təcili xəstəxanaya çatdırıblar. Vəkil Abdullayev mayın 30-da reanimasiyada həyatını itirib.

Azərbaycanlının öldürülməsi Moşkovoda böyük gərginlik yaradıb. Mayın 30-da sosial şəbəkələrdə 60-ya yaxın azərbaycanlının Vəkil Abdullayevin gətirildiyi xəstəxananı və polis şöbəsini əhatəyə alması barədə xəbərlər yazırdılar. Rusiya Daxili İşlər Nazirliyi yazılanlara dərhal reaksiya verərək belə bir şeyin olmadığını bildirmək məcburiyyətində qalmışdı. Bura xeyli sayda xüsusi təyinatlı dəstə üzvü cəlb olunmuşdu.

İyunun ilk günlərində azərbaycanlını qətlə yetirən rus polisin həyat yoldaşı Natalya Quseva ölkə prezidenti Vladimir Putinə müraciət edərək həyatının təhlükədə olduğunu bildirmişdi. Bundan bir gün əvvəl isə Qusevin qohumlarının Moşkovo qəsəbəsini tərk etdiyi barədə xəbər yayılmışdı.

Vladimir Putinə azərbaycanlı deputatlar da müraciət edib. Onlar istintaqüın ədalət prinsiplərinə uyğun aparılmasını istəyiblər. Vəkil Abdullayevin yaxınları da Qusevin azadlığa buraxılmasını qəzəblə qarşılayıb, buna etiraz edirlər.

Paylaş »
››› ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"
››› Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› German Kulikovski: “Ermənistan Qərbə yönələcək, Rusiya Qarabağdan çıxarılacaq”
››› Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
Son xəbərlər
Bütün xəbərlər »