Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat əlillik dərəcəsinin təyin edilməsindən danışdı: “Ləğv etmək olmaz”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

“Qazilərin əlilliyin təyinatına 5 qurumun qərar verməsinin operativliyə mənfi təsiri, bürokratiya və müalicə tədbirlərində yaşanan pərakəndəlik informasiya vasitələrinə çıxan məlum səhnələrə səbəb olur. Halbuki Silahlı Qüvvələr üzrə vahid komissiya təşkil edərək, bir ünvanda qazilərin qəbulu və vahid meyarlar əsasında onların sosial statusunun və sağlamlıq imkanlarının diaqnozu aparıla bilərdi. Hərbi-tibbi komissiyalardan keçən şəxslərin daha sonra TƏBİB müəssəsilərində, İcbari Sığorta Аgentliyi, Səhiyyə Nazirliyi arasında qalması və həkimlərin mühüm bir qisminin forma 88-i dolğun tərtib etməməsi bir çox həqiqi əlil olan insana imtina qərarının verilməsi ilə nəticələnir".

Bizimyol.info xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Zahid Oruc Zahid Oruc

O qeyd edib ki, Tibbi-Sosial Ekspert Komissiyaların (TSEK) praktiki yükü çəkməsi imkanları baxımından bir gündə ən yaxşı halda 150-200 adamı əyani müayinə etmək imkanı var.

“Unutmaq olmaz ki, TSEK-lər təkcə tibbi yox, həm də sosial komissiyadır və vətəndaşın ağır durumu qarşısında müsbət qərar qəbul etməlidir, lakin onların bəzən qəbul etdiyi ədalətsiz qərarlar nitq qüsurlu insanları belə dilə gətirir.Ümid edirəm ki, yeni meyarlar bu sahədə sosial ədaləti təmin edəcək və dövlətimizin ən həssas təbəqələrə yönələn siyasəti ünvanına çatacaq".

Deputat əlilliyə görə sosial müavinətlərin ləğv edilməsi barədə də danışıb.

“Nazir Sahil Babayevin açıq mənbədə verdiyi məlumata görə, indiyədək 90 min insanın pensiyası, 17 min nəfərin əlillik təyinatı ləğv edilib: "Elə buradaca sual olunur - bu qədər vətəndaş ordusunun harada - əmək bazarında, özünəməşğul əhalinin sırasında, yoxsa işsizlərin siyahısında, ya da ictimai işlər və özəl sektorda özünə yer edəcək? Bunu müəyyən etmək lazımdır.

Üstəlik, 200 minə qədər insanın hüquqi sənədləri qanun pozuntuları ilə tərtib edilibsə və orada ən azı 4 hökumət qurumu iştirak edibsə, bizim illərlə burada qəbul etdiyimiz hesabat iclasları, yüksək təqdimatlar da zərbə altına alınır və açıq-aşkar uğur hekayələrimizə mənfi təsir edib"- deputat bildirib.

O əlavə edib ki, “saxta” ittihamı faktiki minlərlə məmurun, həkimin əməlinin yarğılanması deməkdir.

“Azərbaycanda əlilliyə çıxan şəxslərin əksər hissəsi kasıb və aztəminatlı təbəqədir və onlar haqda verilən ləğv qərarlarını dayandırmaq gərəkdir.

Mürəkkəblik yaradan digər hal, 2015-ci il Əsasnaməsində dəyişiklik aparılaraq əvvəlki müddəaların xeyli azaldılması və bir çox xəstəlik kodlarının siyahıdan çıxarılmasıdır. Digər yandan, 6-12 ay müddətinə müalicə sənədləri tələb olunur və sağala bilməyən xəstəliklərin yenidən müalicəyə göndərilməsi, xüsusilə də genetik xəstəlikləri olan şəxsləri bir ilə yaxın xəstəxana rejiminə bağlayıb bütün tibbi müəssislərə insan axınını təşkil etməklə həm dövlətin, həm də fərdlərin xərc yükünü artırmış oluruq”.

İlhamə Rəsulova

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Koronavirusa yoluxan və ölənlərin sayı kəskin azalıb: Virus dəyişibmi...
››› Azərbaycanda Türkiyə hərbi bazası Rusiyanı qorxutdu, Kreml təhdid etdi
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› Qarabağ qazisi: "Əlillik pensiyamı kəsiblər, nə yeməliyəm, hava ilə dolanmalıyam?!"
››› Britaniya şirkəti Qarabağda maraqlı layihə planlaşdırır
Son xəbərlər
Bütün xəbərlər »