Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maliyyə Naziri deputatların suallarını cavablandırdı
Maliyyə Naziri deputatların suallarını cavablandırdı

Bu gün Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində ilk plenar iclası keçirilib.

“2020-ci ilin dövlət büdcəsində yaranan kəsr 48,5 % az olub”. Bunu maliyyə naziri Samir Şərifov deyib.

Bizimyol.info-nun məlumatına görə, iclasda çıxış edən maliyyə naziri Samir Şərifov qeyd edib ki, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra dövlət büdcəsinin xərclərinin qənaətlə istifadə olunması ilə bağlı qərarlar qəbul edilib. “1 milyard 75 milyon manat vəsaitə qənaət edilib. Hansı ki, bu vəsait işğaldan azad olunmuş yerlərin bərpası üçün nəzərdə tutulub. 284 milyon manat daxil daxilolmalar hesabına kəsr örtülüb”.

O , 2021-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı, ekologiya və təhsil sahəsində ortamüddətli xərclərin pilot layihə kimi tətbiqi nəzərdə tutulduğunu bildirib.

Bir sıra deputatların xərclərin böyük hissəsinin 4-cü rübdə çox olması barədə çıxışlarını cavablandıran Samir Şərifov qeyd edib ki, bizim büdcə təqvimimizin müəyyən xüsusiyyətləri var.

“İlin 1-ci rübündə bizim uzunmüddətli bayramlarımız olur - Yeni il, Novruz bayramı. Fevral ayı da qısa aydır. Ona görə də 1-ci rübdə icra faizi aşağı olur. 2020-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı avqust ayında dürüstləşmələr aparmaqla bağlı qərar qəbul etdik. Belə hallar xərclərin daha çox 3 və 4-cü rüblərə yüklənməsinə səbəb olur. Burada hər hansı qeyri-adi proseslər baş vermir. İlin sonunda - 4-cü rübdə bizdə müəyyən mükafatlar verilir. Digər tərəfdən, satınalma prosesi vaxt aparır. İlin əvvəlində satınalma başlayır, ilin sonunda maliyyələşir”.

Nazir həmçinin Qənirə Paşayevanın kino sahəsinə pul ayrılması təklifini cavablandırarkən qeyd edib ki, “Azərbaycan Kinematoqafiyasının İnkişaf Konsepsiyası”nın layihəsi hazırlansa da qəbul edilməyib.

“Çünki biz orada hər hansı bir dəyişiklik görməmişik. Vəsaitlər ayrılır, ancaq nəticədə biz hər hansı ekran əsərlərini görmürük. Hesab edirik ki, vəsaitlərin ayrılması konkret nəticələr verməlidir. Konkret filmlərə konkret vəsaitlər ayrıla bilər”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »