Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: Məmurlar çıxıb hesabat versinlər, görək, maaşla o var-dövlət necə yığılır...
Milli Məclis

Bu gün Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində ilk plenar iclası keçirilib. İclasda müxtəlif məsələlər müzaqkirə olunub. Korrupsiyaya qarşı mübarizə barədə danışan deputat Razi Nurullayev bəzi məmurlar cəzalandırılsa da, onların müxtəlif insanlara vurduğu ziyanın geri qaytarılmamasından gileylənib.

“Cənab Prezident tez- tez korrupsiyanın qarşısı alınmalıdır deyir. Kadr islahatları aparır, yeni kadrlar gətirir. Prezident təyinat verir, amma bütün kadrların içini görmək olmur axı. Bir müddət keçmir ki, yeni gələnlərin də öz sələfləri kimi fəaliyyət göstərdiyinin şahidi oluruq. Təəssüf ki, ölkədə görülən tədbirlərin çoxu gözə kül üfürmək üçün və ya kampaniya xarakterli olur”,- deyə deputat bildirib.

Razi Nurullayev Razi Nurullayev

“Çıxıb məmurlarımız hesabat versinlər görək, adi maaşla o villaları, o min hektarlarla əkin sahələrini, çoxlu sayda ticarət obyektlərini necə ala biliblər. Bunu izah edə bilərlərmi? Maaşla mümkündürsə, elə hamının olsun da belə cah – cəlal. Niyə olmur? Niyə bizim ölkənin sadə vətəndaşları xahişsiz, minnətsiz öz işlərini gördürə, rahat yaşaya bilməsinlər? Rahat yaşamaq yalnız məmurların boynuna biçilib? Qeyri-qanuni yollarla varlanan insanların hesabına nə qədər sadə vətəndaşımız zülüm çəkir. Nə qədər sahibkar tanıyıram əllərindən milyonlarla vəsaitlərini tutub alıblar. Şikayət edirlər, baxan yoxdur. DTX korrupsionerlərə qarşı əməliyyatlar keçirir, məmurların seyflərndən milyonlar çıxır. Bəs o pullar mənsub olduqları şəxslərə qaytarılırmı, hansılarının ki əlindən rüşvət və ya məcburiyyət yolu ilə alınıb? Yox. Artıq inamını itirmiş, qəbullarda gözləmək istəməyən, şikayət ərizələri yazmaqdan bezmiş nə qədər insan var. Daha şikayət də etmək istəmirlər. Çünki yaxşı bilirlər ki, onlar şikayət edərlərsə istifadə edilmək üçün alət rolunu oynayacaqlar. Biz bunlara göz yummamalıyıq”,- deyə millət vəkili vurğulayıb.

İlhamə

Paylaş »
››› Tovuza növbəti hücumun pərdəarxası: Rusiya Koçaryanı Qarabağda “prezident” etmək istəyir
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hücum cəhdi: Rusiya yeni münaqişə ocağı yaratmaq istəyir
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› Azərbaycanlı prodüser iş yerində ölüb
››› PKK-nı bitirmək planı: "Azərbaycan Türkiyəyə dəstək verəcək"
Son xəbərlər
Bütün xəbərlər »