Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisin AŞPA-da nümayəndə heyətinin qurumun yay sessiyasına hazırlıq iclası keçirilib
Milli Məclis

Bu gün Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin AŞPA-nın yay sessiyasına hazırlıq iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, iyunun 21-dən 24-dək keçiriləcək sessiyada qurumun Bürosunun və Daimi Komitəsinin hesabatları dinləniləcək, Avropa İnsan Hüquqları məhkəməsinə hakimlər seçiləcək, Bolqarıstanda və Albaniyada keçirilmiş parlament seçkilərinin nəticələri, Media azadlığı və ictimai etimad, COVİD vəsiqələri və sertifikatlar, Pandemiyanın yaratdığı sosial-iqtisadi böhranın aradan qaldırılması, Pandemiyanın uşaq hüquqlarına təsiri, Avropada diasporlarla bağlı siyasət və digər mövzular müzakirə olunacaq.

Sonra iclasda sessiyada müzakirəyə çıxarılacaq məsələlər ətrafında fikir mübadiləsi aparılıb, nümayəndə heyətinin üzvləri gündəlikdəki məsələlərlə bağlı qeyd və təkliflərini diqqətə çatdırıblar.

Hazırlıq iclasında Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Sevinc Fətəliyeva, Asim Mollazadə, Erkin Qədirli, Könül Nurullayeva, Nigar Arpadarai, Tural Gəncəliyev, Sabir Hacıyev və Kamal Cəfərov iştirak ediblər.

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »