Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mixail Qusman: Minalanmış sahələrin xəritələrini almaq üçün nə mümkündürsə, etmək lazımdır
Mixail Qusman

TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycanın Kəlbəcər rayonunda minaya düşərək həlak olmuş jurnalistlərin ailələrinə başsağlığı verib.

M.Qusman “Moskva-Baku” portalına müsahibəsində deyib: “Təəssüf ki, jurnalist peşəsi ilbəil daha təhlükəli olur. Dünyanın ən müxtəlif yerlərindəki “qaynar” nöqtələrdə jurnalistlər tez-tez həlak olur. Lakin olduqca dinc peşə nümayəndələri olan jurnalistlərin müharibə başa çatandan, münaqişə bitəndən sonra həlak olması xüsusilə faciəvi, dözülməz dərəcədə ağrılı təsir bağışlayır. Mənim iki azərbaycanlı jurnalist həmkarım Azərbaycanın Kəlbəcər rayonunda minaya düşərək faciəvi şəkildə həlak olub. Onlardan biri uzun illər boyu TASS informasiya agentliyinin tərəfdaşı olan Azərtac agentliyində çalışırdı. Bu jurnalistlər oraya sırf peşəkar işlərini yerinə yetirmək, həmin diyarda bu gün baş verən hadisələr barədə söhbət açmaq üçün getmişdilər”.

Rusiyalı jurnalist qeyd edib ki, TASS Agentliyi və onun baş direktoru Sergey Mixaylov Agentliyin bütün kollektivi adından həlak olmuş jurnalistlərin ailələrinə dərin hüznlə başsağlığı veriblər.

Jurnalistlər həlak olan günün səhəri Avropa İnformasiya Agentlikləri Alyansının görüşü təşkil edilib. Həmin görüşdə Avropanın bütün aparıcı informasiya agentliklərinin rəhbərləri iştirak edirdi. iştirak azərbaycanlı jurnalistlərlə həlak olmasına görə dərindən kədərləndiklərini və onlarla həmrəy olduqlarını bildiriblər.

Mixail Qusman deyib: “Əlbəttə, dinc dövrdə insanların, jurnalistlərin ötən müharibənin qalıqları olan minalara düşərək həlak olması faktı ilə barışmaq mümkün deyil. Bununla əlaqədar, əlbəttə, minalanmış sahələrin xəritələrini əldə etmək, minaların zərərsizləşdirilməsi, belə partlayışlar nəticəsində dinc insanların, o cümlədən jurnalistlərin heç vaxt həlak olmaması üçün nə mümkündürsə etmək lazımdır”.(azərtac)

Paylaş »
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
››› Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir... - Azərbaycanlı psixiatr
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Həbsdə olan iş adamına işgəncə iddiaları var: DİN açıqlama verdi
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
Son xəbərlər
Bütün xəbərlər »