Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycanda kənd təsərrüfatı birdəfəlik sıradan çıxacaq”
aqrar sektor, əkin, kənd təsərrüfatı, fermer

Son günlər Rusiyaya kənd təsərrüfatı məhsulları daşıyan yük maşınlarının qonşu ölkəyə keşməsində problemlər yaşanır. Yüzlərlə yük maşını sərhəddə növbəyə düzülüb günlərlə gözləmək məcburiyyətində qalırlar. Təbii ki, yaranmış vəziyyət sadəcə, ləngimə demək deyil, həm də kənd təsərrüfatı məhsullarının xarab olması riski daşıyır.

Son illərin təcrübəsi göstərir ki, Rusiya öz daxili bazarından həm də qonşulara təzyiq vasitəsi kimi istifadə edir. Vaxtaşırı Türkiyədən pomidor idxalına qoyulan qadağalar da bunu göstərir. O üzdən də Azərbaycanın da özünə iqtisadi müstəqillik qazanması üçün ciddi tədbirlərin görülməsi lazımdır.

“Rusiyaya meyvə-tərəvəz ixracında yaranmış problem, yalnız gömrükdəki monopoliya və ya qarşı tərəfin yaratdığı maneələrlə izah oluna bilməz”.

Bu fikirləri Bizimyol.info-ya açıqlaması zamanı iqtisadçı Qaşqay İsmayıl deyib. Onun sözlərinə görə, artıq bir neçə ildir ki, Rusiya özünün nəhəng enerji, su və torpaq resursları hesabına ərzaq idxalından asılılığını aradan qaldırmaqdadır, xarici, o cümlədən azərbaycanlı oliqarxlar da Rusiya ərazilərində böyük parniklər, kənd təsərrüfatı istehsalı müəssisələri yaradırlar.

Qaşqay İsmayıl Qaşqay İsmayıl

İqtisadçının sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatını xilas etmək üçün ilk növbədə daxili bazar inkişaf etməlidir: “Rusiya artıq dünyanın ən böyük qida ixracatçılarından birinə çevrilir. Azərbaycanın “pomidor diversifikasiyası” təbii şəkildə sıradan çıxmaqdadır. Sovet İttifaqı dövründə formalaşmış rollardan imtina edilir. Azərbaycan pomidoru şimal bazarında əvvəlki əhəmiyyətini itirməkdədir. Eləcə də qlobal dəyişikliklər fermerləri vurmaqdadır. Artıq qlobal istiləşmə ilə mübarizədə əti, balığı bioreaktorlarda hazırlamaq planlarına start verilib. Bütün bunlar hələ də kustar üsulla, kredit resurslarından məhrum şəkildə, yalnız əlverişli təbii şərtlərə əsaslanaraq yaşayan yerli Azərbaycan fermerləri üçün ağır nəticələrə gətirib çıxaracaq.

Əhali daha çox meyvə-tərəvəz istehlak etmək üçün maddi imkanlara malik olmalıdır, həmçinin fermerlər müasir texnologiyalardan və kredit resurslarından istifadə edə bilməlidirlər. Əks təqdirdə, qısa müddətdən sonra, yerli kənd təsərrüfatı birdəfəlik sıradan çıxmalı olacaq”.

Leyla Mirzə

Paylaş »
››› ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"
››› Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› German Kulikovski: “Ermənistan Qərbə yönələcək, Rusiya Qarabağdan çıxarılacaq”
››› Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
Son xəbərlər
Bütün xəbərlər »