Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Direktor qızıma deyib ki, sinəni aç baxım” – Azərbaycanda məktəb qalmaqalı
Ucar rayonu Pirkənd kənd tam orta məktəbin direktoru Tapdıq İsayev

“Ucar rayonu Pirkənd kənd tam orta məktəbin direktoru Tapdıq İsayev mənim 8-ci sinif şagirdi olan 14 yaşlı qızım Nurtaca əxlaqsız hərəkətlər təklif edib”.

Bu iddia ilə Bizimyol.info saytına şagirdin atası Həşimov Elmin Yaşar oğlu müraciət edib. Onun sözlərinə görə, 2007-ci il təvəllüdlü qızı Nurtac Ucar rayonu Pirkənd kənd tam orta məktəbin 8-ci sinifində oxuyur və 25 may 2021-ci il tarixində dərsdə olan zaman məktəbin direktoru Tapdıq İsayev onu öz otağına çağırıb və əxlaqsız təkliflər irəli sürüb.

Həşimov Elmin Yaşar oğlu Həşimov Elmin Yaşar oğlu

“Qızım Nurtac direktorun otağına daxil olan zaman ona deyib ki, qapını ört və yaxın gəl. Daha sonra isə direktor qızıma deyib ki, valideyinlərin kasıbdır, ancaq onlar bilməsin mən sənin oxumağına kömək edəcəm, sənə yaxşı qiymətlər yazdıracam, ali məktbə daxil olmağına köməklik göstərəcəm. Sonra direktor uşağın sinəsinə baxıb gözü ilə işarə edib və deyib ki, sinəni aç baxım. Uşaq qorxub və qaçaraq sinifə girib. Sinif müəllimi nə olduğun soruşanda qızım ondan icazə alıb ki, evə gedirəm. Ağlaya-ağlaya evə gəlib əhvalatı anasına danışıb. Anası deyib ki, bu barədə atana demə, çünki atan onu öldürər. Hətda kiçik oğlum bunu eşidib və intihar etmək istəyib. Mən bunu eşidib çox böyük sarsıntı keçirdim. Qoca atam mənə yalvardı ki, özünü ələ al, səbrli ol. Atam direktoru görüb, ona sözünü deyib və üzünə tüpürüb. Hərçənd ki, o etdiyi əxlaqsız hərəkti boynuna almayıb.

Şikayətçi deyir ki, bu məsələ ilə bağlı Ucar Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət ediblər. Polis rəisi əvəzi İlham müəllim atanı və azyaşlı qızı çağırıb dindirib, izahat aldırıb. Lakin Ucar rayon Təhsil Şöbəsinin müdiri Rauf Məmmədovun bu barədə məlumatı olsa da, heç bir tədbir görməyib.

“Çünki o əxlaqsızlıqla məşğul olan məktəb direktorunun mövqeyini müdafiə edir. Hətda öz əxlaqsız hərəkətlərini sığortalamq üçün direktor Tapdıq İsayev məktəbin müəllimlərinidə onu müdafiə etməyə məcbur edir. Onlar isə bunu etməyə məcburdular. Çünki məktəbdə anarxiya baş alıb gedir. Adı olan özü olmayan siniflər, saxtakarlıqla yazılıb keçirilməyən dərs saatları, işə gəlməyib ciblərdə olan maaş kartları bütün məktəbi gözü kölgəli edib.

Mənim qızım Nurtac dərslərini yaxşı oxuyan savadlı və sağlam uşaqdır. Əxlaqsızlıqla məşğul olan 60 yaşlı Tapdıq İsayevin məktəbdə direktor vəzifəsində işləməsi Azərbaycan təhsilinə ləkədir. Belə əxlaqsızın yeri zindan olmalıdır. Onun hazırda bu vəzifədə qalması biabırçılıqdır. Bu hadisə bütün kəndi şoka salıb. Qeyd edim ki, Tapdıq İsayevin oğlu Nicat Bakı şəhərində Yol Polisi əməkdaşıdır.

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Baş Prokuror cənab Kamran Əliyevə və Təhsil Naziri cənab Emin Əmrullayevə müracət ünvanlayıb xahiş edirəm ki, şagirdə əxlaqsız hərəkət təklif etdiyi üçün Ucar rayonu Pirkənd kənd tam orta məktəbin direktoru Tapdıq İsayevin barəsində qanuni və ciddi tədbir görəsiniz.

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Baş Prokuror cənab Kamran Əliyevə və Təhsil Naziri cənab Emin Əmrullayevə müracət edirəm”.

* Ucar Rayon Təhsil Şöbəsi ilə ittihamlara cavab almaq üçün idarəni yığdıq. Dəstəyi götürən xanım şöbənin müdiri Rauf Məmmədovun kabinetinin nömrəsini verərək onunla əlaqə saxlamağımızı məsləhət gördü. Amma həmin nömrəni dəfələrlə yığmağımıza baxmayaraq dəstəyi götürən olmadı.

* Məktəbin direktoru Tapdıq İsayev Bizimyol.info saytına açıqlamasında haqqında deyilənlərin böhtan olduğunu və şikayətin əsassız olduğunu bildirdi.

“Bunların hamısı şantaj, fantaziya və böhtandır. Hüquq-mühfizə orqanları bu məsələ ilə bağlı araşdırma aparır. Yəqin ki, bu yaxın günlər də ictimaiyyətə açıqlama veriləcək”,- deyə Tapdıq İsayev bildirib.

* DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, məsələ araşdırılır və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Leyla Mirzə

Paylaş »
››› Ağdamın mina xəritəsinin yanlış çıxması ilə bağlı məlumata aydınlıq gətirilib
››› Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
››› Gənc müəllim özünü asaraq öldürüb
››› Ukraynada separatçılar tankları təmas xəttinə yığır
››› Bu gün Ermənistanda seçki keçirlir: Məğlub ölkə yeni böhran qarşısında...
››› Prezidentin təsdiqlədiyi qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur
››› Xəstəxananın direktoru işdən çıxarılıb
Son xəbərlər
Bütün xəbərlər »