Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan məzuniyyətə çıxdı: Ermənistanda nə baş verir…
Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan məzuniyyətə çıxıb və onun məzuniyyət müddəti 7 iyun tarixindən 18 iyun tarixinə qədərdir. Bu barədə Paşinyan tərəfindən imzalanmış müvafiq qərar hökumətin qərarlarının veb saytında dərc edilib. Qərara əsasən, onu baş nazirin müavini Tiqran Avinyan əvəz edəcək.

Paşinyanın seçki öncəsi məzuniyyətə çıxması nəyə hesablanıb? Bu müddət ərzində hansı hadisələr baş verə bilər?

Məsələ ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Bizimyol.info-nun suallarını cavablandırkən bildirib ki, son 12 gün ərzində baş verənlər Ermənistan hakimiyyətinin formalaşmasına əsaslı təsir göstərəcək.

Əziz Əlibəyli Əziz Əlibəyli

“Paşinyanın əsas rəqibi Koçaryandır və onların Ermənistanın bir sıra problemli nöqtələrinə səfər edərək daha artıq səs faizi qazanması kimi ciddi məsələlər müşahidə edilməkdədir.

Başqa bir nüans isə ondan ibarətdir ki, məhs bu və gələn həftə ərzində Azərbaycana və Qarabağa dair dünyada vacib proseslər gedəcək. Çünki NATO sammiti baş tutacaq, Cenevrədə Putin və Bayden görüşəcək, həmçinin Ərdoğanla da Baydenin görüşü nəzərdə tutulub. Xüsusilə də bu görüşlərin ayın 14-də baş verməsi 6 gün sonra baş tutacaq seçkilərə birbaşa təsir göstərəcək. Putin, Ərdoğan, Bayden görüşlərinin nəticəsi Ermənistandakı seçkiləri həll edəcək. Amma böyük ölçüdə Rusiya Ermənistandakı maraqlarını heç vaxt başqa bir qüvvəyə verməz”.

Siyasi şərhçinin sözlərinə görə, ikinci bir məsələ isə odur ki, tərəflər ciddi toqquşmalara hazırlaşır.

“Bu toqquşmalar seçki bitdikdən sonra məntəqələrdən başlayaraq İrəvanın mərkəzi meydanına qədər gəlib çıxacaq. Orada ciddi şəkildə vətəndaş, sistem toqquşmaları yaşana bilər. Ermənistan daxili münaqişələrə, vətəndaş savaşına qədər apara biləcək yola qədəm qoyur. Görünən odur ki, baş nazir səlahiyyətlərini icra edən Paşinyanın durumu getdikcə pisləşir. Əhalidə ona qarşı etimadın azalması ilə bağlı iş aparırlar. Burada Azərbaycan amili, Ermənistanın Qarabağda mğıub olması, Rusiyanın artan təsiri və köhnə komandanın Paşinyana qarşı səfərbər olması var. Yəni bütövlükdə təsir dinamitlərinin hamısının tərpənməsi var. Düşünürəm ki, Paşinyanın qarşısındakı qüvvələr çox ciddi şəkildə səfərbər olunub ona qarşı mübarizəyə hazırdır və hakimiyyəti sona qədər hansı formada olsa da, ələ keçirmək üçün tezislərə sahibdirlər. Görünən odur ki, seçki günü qalan müxalif partiyalar da Koçaryan ətrafında birləşəcəklər”.

Leyla Mirzə

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »