Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın oğlu barda necə pivə satır: “Yaxınlıqda həmişə mühafizəçiləri var”
Aşot Paşinyan

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan və ailə üzvləri az qala hər gün cəmiyyəti təəccübləndirirlər.

Bizimyol.info xəbər verir ki, Nikolun oğlu Aşot yenə diqqət mərkəzindədir. Atası milyonları mənimsəməkdə ittiham olunduğu bir vaxtda Aşotun İrəvandakı barlardan birində sadəcə, pivə satıcısı olaraq işlədiyi ortaya çıxıb. Əslində videogörüntülər təxminən 40 gün əvvəl yayımlanıb. Amma bu mövzuda yeni detallar ortaya çıxmaqda davam edir.

Əvvəlcədən bunu “şou” adlandıranlar da olub, uşağa ürəyi yananlar da. Paşinyan tərəfdarları görüntüləri ürək ağrısı ilə qarşılayıblar və “mənim baş nazirimin oğlu belə bir yerdə işləməsin gərək” deyə təəssüflərini dilə gətiriblər.

Amma təbii ki, Paşinyanın əleyhdarları da sakit dayanmayıblar. Hər fürsətdə Paşinyanı vurmağa çalışan siyasətçilər, politoloqlar və media orqanları bunu Paşinyanın ictimai rəylə növbəti manipulyasiyası kimi qiymətləndiriblər. Xatırladaq ki, Aşot Paşinyan hərbi xidmətini qanunsuz olaraq Azərbaycan ərazilərində - Qarabağda keçirəndə də onun haqqında belə fikirlər səslənirdi. İddia edirdilər ki, bütün bunlar şoudur, Aşot xüsusi nəzarət altında saxlanılır və ön cəbhəyə yaxınlaşmır.

Hökumət başçısının oğlu bütün bunları sadəcə, əmək fəaliyyəti kimi qiymətləndirir. Onun fikrincə, hər kəs işləməlidir. Hazırda dolanmaq üçün bu işlə məşğul olduğunu deyir.

Amma bütün bu açıqlamalar heç bir halda Paşinyanın rəqiblərini qane etmir. Nəfəs dərmədən Paşinyanlar ailəsinə qarşı kompromatlar axtaran media qurumları bu dəfə də sakit qala bilməyiblər. Ermənistan mediasında yer alan materiallarda iddia edilir ki, bütün bunlar sadəcə, bir tamaşadır. Onların araşdırmalarına görə, həmişə yaxınlıqda Aşotu qoruyan mühafizəçilər gəzişirlər.

Media qurumlarından biri isə bəzi detalları da açıqlayıb. İddia olunduğuna görə, Aşotun pivə barının böyür-başında həmişə 2 mühafizəçi gəzib-dolaşır. “Araşdırma” olaraq təqdim edilən materialda bildirilir ki, bu mühafizəçilərin maaşı dövlət büdcəsindən ödənilir. Yəni baş nazirin və ailəsinin mühafizə xərclərinin tərkib hissəsi olaraq Aşotun da mühafizəçilərinə aylıq maaş verilir. Maaşın məbləği isə təbii ki, Ermənistan cəmiyyətini razı sala bilməz. Nəşrin yazdığına görə, mühafizəçilərin hər birinə ayda təxminən 3700 ABŞ dolları həcmində maaş verilir.

Amma mühafizəçilərin görüntüləri heç bir yerdə təqdim edilməyib. Həmçinin videogörüntülərdə piştaxtanın arxasından Aşota yaxınlaşan şəxsə də hər hansı mühafizəçi tərəfindən hər hansı xəbərdarlıq edilməyib.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »