Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan Xarici İşlər Nazirliyi "başsız" qalıb
İrəvan, Ermənistan

Ermənistan xarici işlər nazirinin dörd müavini istefa ərizələrini təqdim ediblər.

Bizimyol.info xəbər verir ki, bu barədə "armenpress" Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verilib.

Nazirlik əlavə edib ki, istefa ərizələri baş nazirin səlahiyyətlərini müvəqqəti icra edən quruma göndərilib.

Xarici işlər naziri Ara Ayvazyan 27 mayda istefa ərizəsini təqdim edəndən sornra müavinlərin də işdən ayrılacağı barədə şayiələr yayılmağa başlamışdı. Mayın 31-də ilk olaraq Qaqik Qalaçyan, ötən gün isə digər üç nazir müavini işdən ayrıldıqlarını bəyan ediblər.

İstefaların Nikol Paşinyan Azərbaycanla sərhəddə vəziyyəti gərginləşdirmək planını elan etdikdən sonra baş verdiyi bildirilir. Bundan sonra Ermənistan mətbuatı Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və hətta Milli Təhlükəsizlik Xidmətinin yaxın vaxtlarda baş verəcək kütləvi istefaları barədə məlumat yayıb.

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »