Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Odun tədarükü proqramı ictimai dinləmələr əsasında həyata keçiriləcək
Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov

Odun tədarükündə şəffaflığın təmin olunması, ictimai nəzarətin gücləndirilməsi məqsədilə icra, bələdiyyə, QHT nümayəndələrini, kənd ağsaqqallarını, ictimai fəalları ictimai dinləmələrdə və oduncaq tədarükündə fəal iştiraka dəvət edirik. Bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib.

Xidmət rəsmisi 8 iyun 2021-ci il tarixində ictimai dinləmələrin keçiriləcəyi ərazilərin və odun tədarük olunacaq sahələrin adlarını açıqlayıb.

İctimai dinləmənin keçiriləcəyi ərazi: Ağdaş rayonu, Ağzıbir kəndi, saat 10:00, odun tədarük olunacaq sahə: Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin Ağzıbir meşəbəyliyinin 2-ci dolayı;

İctimai dinləmənin keçiriləcəyi ərazi: İsmayıllı rayonu Qalınçaq kəndi, saat 10:00, odun tədarük olunacaq sahə: Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin Qalınçaq meşəbəyliyinin 7-ci dolayı;

İctimai dinləmənin keçiriləcəyi ərazi Gədəbəy şəhəri, saat 10:00, odun tədarük olunacaq sahə: Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin Qızılca meşəbəyliyinin 5-ci dolayı;

İctimai dinləmənin keçiriləcəyi ərazilər: Göygöl rayonu, Sarısu, Qarabulaq kəndləri, saat 10:00, odun tədarük olunacaq sahə: Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin Hacıkənd meşəbəyliyinin 11-ci dolayı;

İctimai dinləmənin keçiriləcəyi ərazi: Zaqatala rayonu Mamrux kəndi, saat 10:00, odun tədarük olunacaq sahə: Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin Muxax meşəbəyliyinin 6-cı dolayı;

İctimai dinləmənin keçiriləcəyi ərazi: Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi saat 10:00, odun tədarük olunacaq sahə: Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzinin 3 saylı meşəbəyliyinin 2-ci dolayı;

İctimai dinləmənin keçiriləcəyi ərazi: Astara rayonu, Şümrüd kəndi, saat 11:00, odun tədarük olunacaq sahə: Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Təngərüd meşəbəyliyinin 10-cu dolayı;

İctimai dinləmənin keçiriləcəyi ərazi: Sabirabad rayonu Bulduq kəndi, saat 11:00, odun tədarük olunacaq sahə: Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin Sabirabad meşəbəyliyinin 5-ci dolayı;

İctimai dinləmənin keçiriləcəyi ərazi: Şabran rayonu Əmirxanlı kəndi, saat 11:00, odun tədarük olunacaq sahə: Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin Dəvəçi meşəbəyliyinin 4-cü dolayı;

İctimai dinləmənin keçiriləcəyi ərazilər: Qax rayonu Qaxbaş, Ağçay, İlisu kəndləri, saat 11:00, odun tədarük olunacaq sahə: Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin İlisu meşəbəyliyinin 4-cü dolayı;

İctimai dinləmənin keçiriləcəyi ərazi: Qusar şəhəri, saat 11:00, odun tədarük olunacaq sahə: Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin Qusar meşəbəyliyinin 15-ci dolayı;

İctimai dinləmənin keçiriləcəyi ərazi: Qəbələ rayonu Abrıx kəndi, saat 11:30, odun tədarük olunacaq sahə: Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Bum meşəbəyliyinin 2-ci dolayı;

İctimai dinləmənin keçiriləcəyi ərazi:Tovuz rayonu Baqqallı kəndi, saat 14:00, odun tədarük olunacaq sahə: Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin Şamlıq meşəbəyliyinin 37-ci dolayı;

İctimai dinləmənin keçiriləcəyi ərazilər: Tovuz rayonu Xatıncan, Sofular Qalaboyun, Saladınlı kəndləri, saat 14:00, odun tədarük olunacaq sahələr: Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin Cırdaxan meşəbəyliyinin 18,19, 23, 27-ci dolayları;

İctimai dinləmənin keçiriləcəyi ərazilər: Cəlilabad rayonu Şatırlı, Əsədli, Musalı, Ləkin, Buravar və Badamağacı kəndləri, saat 16:00, odun tədarük olunacaq sahələr: Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad 1-ci dolayı və Göytəpə meşəbəyliyinin 10a dolayı;

Xidmət rəsmisi qeyd edib ki, ictimai dinləmələrdə yaxından iştirak etmək istəyənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsində (eco.gov.az) dinləmələrin keçiriləcəyi ərazi, oduncağın tədarükü və satışı həyata keçirilən rayonların adı, meşə sahəsi, tədarük yeri, vaxtı barədə əvvəlcədən məlumat əldə edə bilərlər.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »