Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda sahibkarlar üçün “Açıq qapı” günü keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda sahibkarlar üçün “Açıq qapı” günü keçirilib

7 iyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar “SOVQAT” layihəsi çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda sahibkarlar üçün “Açıq qapı” günü keçirilib. Qida zəncirinin müxtəlif mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iştirak etdiyi “Açıq qapı” gününün keçirilməsində məqsəd "Qida təhlükəsizliyi hamının işidir" şüarı ilə keçirilən Ümumdünya Qida Təhlükəsizliyi Günündə sahibkarların üzərinə düşən məsuliyyəti xatırlatmaq, həmçinin onları qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə laboratoriyalarda aparılan müayinə və analizlərlə yaxından tanış etməkdir.

"Açıq qapı" günündə AQTİ-nin tabeliyində Bakıda və regionlarda ən müasir tələblərə cavab verən laboratoriyaların yaradıldığı, seçilmiş potensiallı kadrların təlimə cəlb edilərək laboratoriyalarda müvafiq işlə təmin olunduğu, habelə müayinələrin beynəlxalq standartlara uyğun, müasir metodlarla həyata keçirildiyi sahibkarların diqqətinə çatdırılıb. Qeyd olunub ki, qida təhlükəsizliyinin təmin edilməsində sahibkarların üzərinə düşən məsuliyyəti və öhdəliklərini bilməsi, eləcə də onların maarifləndirilməsi olduqca vacibdir. “Açıq qapı” gününün təşkili də belə tədbirlərdən biridir.

Daha sonra iştirakçılara İnstitutda aparılan elmi araşdırmalar və keçirilən təlimlər barədə məlumat verilib. Sonda sahibkarlar laboratoriyalarda aparılan müayinələri əyani şəkildə müşahidə ediblər. Görüş çərçivəsində sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »