Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabahdan Bakıda nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılacaq - Video
Sabahdan Bakıda nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılacaq - Video

İyunun 8-də səhər saat 06:00-dan şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılacaq.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, qeyd olunan tarixdən 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205 və M3 nömrəli marşrut xətlərinin hərəkət sxeminə tətbiq edilən müvəqqəti dəyişiklik də ləğv edilir.

"Bir daha bütün şəhər sakinlərinə məhdudiyyətlərin tətbiq edildiyi günlərdə göstərdikləri anlayış üçün təşəkkür edirik", deyə BNA-dan bildirilib.

Son xəbərlər
Bütün xəbərlər »