Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ombudsman: “Beynəlxalq təşkilatlar mina xəritələrini açıqlaması üçün Ermənistana qarşı konkret tədbirlər görməlidir”
Səbinə Əliyeva

“Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonunda ikisi media əməkdaşı olmaqla, üç nəfər mülki şəxsin həlak olması və bir neçə mülki şəxsin yaralanması ilə nəticələnən ən son mina partlayışından dərhal sonra Ermənistan silahlı qüvvələrinin polkovniki Koryun Qumaşyan mətbuata verdiyi müsahibədə şəxsən və onun əsgərlərinin iştirakı ilə Laçın və Kəlbəcər rayonları ərazilərinə 17 yük maşını minanın basdırıldığı etiraf edilib. Onun bu etirafları bir daha Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən törədilmiş müharibə cinayətlərini sübut edir”.

APA-nın məlumatına görə, bu fikirlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın bəyanatında yer alıb.

Səbinə Əliyeva bildirib ki, sosial mediada yayılan bu etiraf Azərbaycan cəmiyyətində həddindən artıq narahatlıq yaradıb: “Bu törədilən cinayətin birbaşa etirafı olmaqla beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır və günahkarlar dərhal ədalət mühakiməsinə cəlb olunmalıdır.

Azərbaycan Ombudsmanı olaraq bu məsələni dəfələrlə beynəlxalq təşkilatlar qarşısında qaldırmış, onları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Ermənistan tərəfindən yerləşdirilmiş minaların xəritələrinin əldə edilməsində köməklik göstərməyə və bununla da günahsız insanların həyatını xilas etməyə çağırmışam”.

Ombudsman təəssüf hissi ilə qeyd edib ki, bu günə qədər qeyd olunan məsələ ilə bağlı hər hansı bir beynəlxalq təşkilatdan müvafiq dəstək alınmayıb: “Bu təşkilatların susması beynəlxalq hüququn effektivliyini şübhə altına alır və insan hüquqlarının davamlı olaraq pozulmasına şərait yaradır.

Bu minalar həmin əraziləri ziyarət etmək istəyən hər bir şəxs üçün böyük təhlükə mənbəyidir: "Azərbaycanda ötən yeddi ay ərzində 140-dan çox insan minaya düşmüş, 27 mülki şəxs mina partlaması nəticəsində həlak olmuşdur. Bu cinayətə görə Ermənistanın siyasi və hərbi rəhbərliyi məsuliyyət daşıyır”.

Bəyanatda qeyd edilir ki, insan hüquqları yalnız yüksək tribunalarda çıxış mövzusu olaraq qalmamalıdır: “Dünyada insan hüquqlarının təminatçısı olduğunu iddia edən beynəlxalq təşkilatlar növbəti itkilərin qarşısını almaq məqsədilə mina xəritələrini açıqlaması üçün Ermənistana qarşı konkret tədbirlər görməlidir".

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »