Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO-Rusiya münasibətləri ən gərgin həddə çatıb
Co Bayden, Vladimir Putin

Rusiya Qərb dünyası ilə münasibətləri çox pisləşdirib. Müxalifətçi Aleksey Navalnının əvvəlcə zəhərlənməsi, sonra da açıq-aşkar əsassız qaydada tutulması vəziyyəti xeyli gərginləşdirib. NATO ilə münasibətlər də ən gərgin həddə çatıb. İndi söhbət hər hansı əməkdaşlıqdan yox, düşmənçilikdən gedir.

Bizimyol.info xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Rusiya ilə görüşün vacibliyindən danışıb. Norveçin keşmiş baş naziri hərbi alyansın sammitinə bir həftə qalmış Moskva ilə dialoqun yerinə düşə biləcəyini deyib. Stoltenberq “Die Welt”ə müsahibəsində münasibətlərin çox gərginləşdiyini gizlətməyib.

“Rusiya-NATO görüşləri 19 aydır keçirilmir. İndi top meydanın Rusiya tərəfindədir. Mən yenə Moskvanı Rusiya-NATO Şurasının iclasına dəvət etmək istərdim. Müzakirə olunası çox məsələlər var. Özü də bu məsələlər hər iki tərəfin maraqlarına xidmət edir”.

Yens Stoltenberq Yens Stoltenberq

NATO-nun baş katibi Rusiya ilə müzakirə olunacaq məsələləri gizli saxlamağın tərəfdarı deyil. Stoltenberq deyib ki, xüsusilə hərbi fəaliyyətlə bağlı şəffalıq vacibdir.

“Soyuq müharibədən sonra NATO-nun Rusiya ilə münasibətləri bu qədər pis olmamışdı. Dialoq gərginliyi azaltmaq üçün ən yaxşı vasitədir. Hər iki tərəf masa arxasına keçməlidir”.

“Die Welt” xatırladıb ki, Krım Rusiyanın ümumi ərazisinə əlavə olunanda da miqyası bundan kiçik sayılmayacaq gərginlik yaranmışdı. Onda Kreml Ukraynanın şərqində sabitliyi pozmaqda, qonşu ölkənin torpaqlarını ələ keçirməkdə ittiham olunurdu. NATO baş verənləri qəzəblə qarşılamışdı. Zamanla Rusiya-NATO Şurasının iclasları səngiməyə başlamışdı.

“Moskva NATO-dakı nümayəndəsini bir neçə il əvvəl geri çağırıb. Kreml illərdir şuranın iclaslarında Krım məsələsinin müzakirəsindən yayınır”.

“Die Welt” inanır ki, ABŞ prezidenti Co Baydenin rus həmkarı Vladimir Putinlə görüşündən sonra Rusiya-NATO Şurasının iclasının baş tutması ehtimalı artacaq. Almaniya qəzeti indi ortaya başqa əngəlin çıxa biləcəyini proqnozlaşdırır. Rusiya iclasda Belarus böhranını müzakirə etmək istəməyəcək. Kreml blogeri həbs edən dövlət başçısı Aleksandr Lukaşenkonun tərəfini saxlayır. Baxmayaraq ki, Moskva Minskin bu məsələdə haqsız olduğunu yaxşı bilir.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »