Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Levon Ter-Petrosyan: “Qarabağ məsələsində Ermənistanın müttəfiqi yoxdur”
Levon Ter-Petrosyan

“Dağlıq Qarabağ məsələsində Ermənistanın müttəfiqi yoxdur və bundan çıxış etmək lazımdır”.

APA-nın verdiyi məlumata görə, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan rəhbəri olduğu “Erməni Milli Konqresi” partiyasının növbədənkənar parlament seçkiləri ilə bağlı seçkiqabağı proqramının təqdimatında deyib.

Onun sözlərinə görə, praktiki olaraq ölkənin bütün siyasi partiyaları Dağlıq Qarabağ münaqişəsində Ermənistanın müttəfiqi olmadığını anlaya bilmir və insanlar hələ də gah Amerika, gah İran, gah da digər hansısa istiqamətlərə ümidlə baxmağa davan edirlər.

“Biz eyni səhvləri təkrarlasaq, bütün dünya üçün ən zavallı ölkəyə çevriləcəyik”, - deyə o vurğulayıb.

Eks-prezident bildirib ki, seçki ərəfəsində Ermənistanda hansı yolla olur-olsun hakimiyyətə gəlmək istəyən iki qütb formalaşıb: “Hər iki tərəf böyük maliyyə, inzibati və kriminal resurslara malikdir və məqsədinə çatmaq üçün istilən addımı atacaq. Bu situasiyanın yaratdığı təhlükələr haqqında danışmaq istəmirəm”.

Paylaş »
››› Polis “Mehdi əz-Zaman”ı həbs etdi - Video
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Koronavirusa yoluxan və ölənlərin sayı kəskin azalıb: Virus dəyişibmi...
››› Azərbaycanda Türkiyə hərbi bazası Rusiyanı qorxutdu, Kreml təhdid etdi
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› Qarabağ qazisi: "Əlillik pensiyamı kəsiblər, nə yeməliyəm, hava ilə dolanmalıyam?!"
››› Britaniya şirkəti Qarabağda maraqlı layihə planlaşdırır
Son xəbərlər
Bütün xəbərlər »