Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiya bizə savaş açsa, qarşısında Türkiyə və Pakistanı da görəcək”
Xocavənd rayonu

Sosial şəbəkələrdə Ermənistan silahlı birləşmələrinin Xocavənd ətrafında yeni mövqeler qurmasının görüntüsü yayılıb. Google görüntülərini İlqar Qırıcı youtube kanalında yayımlanıb.

Görüntülərdə düşmənin ərazilərimizdə yeni səngərlər qazması açıq-aydın görünür. Digər tərəfdən Ermənistandakı seçkiqabağı xaos fonunda hər ağızdan bir səs çıxsa da, cəmiyyət olaraq vahid fikirləri Qarabağdakı məğlubiyyəti həzm edə bilməmələridir. Bir çox siyasi fəallar, dövlət rəsmiləri yenidən qisas ritorikasına keçib, üçtərəfli sazişin boş kağız parçası olmasını bildirirlər. Sazişin bir çox vacib bəndlərinə əməl edilmir. Bu dəfə düşmən özünü daha açıq göstərir, qabağa Ermənistanı vermiş Rusiya ilə savaşmalı olacağıqmı? Məlum məsələdir ki, Ermənistan sərhədlərini Rusiya hərbiçiləri qoruyur. Gərginliyin davamlı olmasında maraqlı olan qüvvələr cidd-cəhdlə aranı qızışdırmaqdadırlar. Yeni savaş mümkündürmü? Bizimyol.info-nun sualını Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev cavablandırır.

Fərəc Quliyev Fərəc Quliyev

“Bir klassik yanaşma var. Uzunmüddətli sülh və təhlükəsizlik istəyirsənsə, daim savaşa hazır olmalısan. 44 günlük müharibədə qalib gəldik, amma bu o demək deyil ki, müharibə istisna olunur. Söhbət yalnız Ermənisandan da getmir. Suverenliyimizə, ərazi bütövlüyümüzə qarşı çıxan istənilən dövlət savaş iddiasında olarsa, təhdid edərsə, biz hazır olamlıyıq. Biz BMT-nin ortaya qoyduğu beynəlxalq xəritələrə, qanunlara hörmətlə yanaşırıq. Hələlik ərazilərimizin bir hissəsində məlum səbəblərdən Rusiya sülhməramlıları yerləşiblər və onlar reinteqrasiya prosessinə kömək etmək əvəzinə mane olurlar. Bizim niyyətimiz Azərbaycan vətəndaşı olan ermənilərin özünü də Ermənistanın qondarma separatçı rejiminin cəngindən xilas etmək idi. Bizim yanaşmamız vətəndaşlara sahib çıxmaq idi. O vətəndaşlara ki. Konstitusiyamıza hörmət edəcəkdilər və onlar dövlətə, dövlət də onlara sahib çıxacaqdı. Rusiya sülhməramlı adı altında buradadır. Amma Prezidentin də dediyi kimi, bu hərbi baza anlamına gəlmir. Onlar etnoslar arasında münaqişə olmasın deyə gəliblər, lakin separatçılara qol-qanad verirlər, səlahiyyət hədlərini aşırlar, bizdən icazəsiz əraziyə gələnlərə göz yumurlar. Bütövlükdə cəmiyyət bundan narazıdır. Ermənilər müxtəlif adlar altında azad olunan torpaqlara sızırlar, din xadimi adı altında gəlib mina basdırmaq, Laçın dəhlizindən istifadə edib əraziyə soxulmaq və bu kimi hallar haqlı narahatlıq doğurur.

Biz çalışırıq ki, fəsadlar olmadan nəzərdə tutduğumuz sonluq təmin olunsun. Ermənilər sülh istəmirlərsə, hərbiçiləri, keşişləri Qarabağda boy göstərirsə, bu o deməkdir ki, üçtərəfli sazişə əməl edilmir. Halbuki sülhməramlıların gəlişi ilə paralele Ermənistan hərbiçiləri Qarabağı tərk etməliydi. Səngər qazıb, təhlükə törədib, sazişə əməl etmirlərsə, bu, bizə qarşı təhdid deməkdir. Rusiya sülhməramlılarınaa aid sualların sayı artır və belə davam edərsə, onlar ölkəmizi vaxtından tez tərk etməlidirlər. Bu anlaşmada nəzərdə tutulan bəndlərə əməl edilmirsə, bu o deməkdir ki, vəzifə yerinə yetirilmir. Bu konsensus deyildi, öhdəlik idi. Azərbaycan əməl edəcək, Ermənistan etməyəcək, Rusiya etməyəcək - bu o deməkdir ki, saziş qüvvədən düşmüş olacaq. Atəşkəs də pozulub. Atəşkəsin pozulması elə yalnız top-tüfənglə olmur. Gəlib ərazimizdə minalar basdırıblar və itkilərimiz olubsa, biz əməliyyatlara başlamağa tam haqq qazanmışıq.

Rusiyanın özünün bizimlə müharibə ehtimalı varmı? Maraqlı sualdır. Kim bizim ölkəmizin suverenliyini təhdid edərsə, biz savaşmalıyıq. Qarşımızdakı ölkənin kim olmasından, böyüklüyündən asılı olmayaraq. Bu 1 günlük müharibə ola bilər, 100 illik də. Müdafiə doktrinamzda qeyd edilib ki, biz ölkəmizin bir qarışını da heç kimə güzəşt etməyəcəyik. Rusiya böyük ola bilər. Amma onun Əfqanıstanda yaşadıqlarını unutmadıq. Suriyada çətinlikləri var. Yəni “mən böyük dövlətəm, qalib gələcəm” deyə bir arxayınlıq olmamalıdır. Bunu hər kəs bilməlidir. Biz 30 il öncəki zəif Azərbaycan deyilik. Bizim indi güclü müttəfiqlərimiz də var. Rusiya savaşa başlasa, Türkiyə və Pakistanın dərhal bizim cəbhəmizdə ona qarşı meydan oxuması ehtimalı yerində durur. Biz heç kimdən çəkinmirik. Biz xoşniyyətli qonşuluq siyasətini həyata keçiririk. Təcavüz üçün gələnin burdan meyidi qayıdar, ölərik, torpağımızdan güzəşt etmərik. Bizim milli iradəmiz budur və bu dünyaya bu şəkildə çatdırılmalıdır. Heç kimdən çəkinmədən... Ermənistanın və Rusiyanın davranışı belə davam edərsə, biz bəzi məsələlərə yenidən baxmaq məcburiyyətində qala bilərik”,- deyə siyasətçi vurğulayıb.

İlhamə

Paylaş »
››› Ağdamın mina xəritəsinin yanlış çıxması ilə bağlı məlumata aydınlıq gətirilib
››› Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
››› Gənc müəllim özünü asaraq öldürüb
››› Ukraynada separatçılar tankları təmas xəttinə yığır
››› Bu gün Ermənistanda seçki keçirlir: Məğlub ölkə yeni böhran qarşısında...
››› Prezidentin təsdiqlədiyi qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur
››› Kür çayında 29 yaşlı qadın batıb
Son xəbərlər
Bütün xəbərlər »