Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəngəzur dəhlizi açılana qədər Laçın dəhlizini bağlamaq...
Zəngəzurun Mehri şəhəri

“10 noyabr Birgə bəyənnaməsinə uyğun olaraq Laçın dəhlizi Qarabağ erməniləri ilə Ermənistan arasında humanitar dəhliz funksiyasını həyata keçirdir. Orada Ermənistan vətəndaşlarının Qarabağa gedib-gəlməşinə Azərbaycan zəmanət verir və MDB dövlətlərinin vətəndaşları da bu prosedurda var. Onlar arasında Rusiya vətəndaşları da var”.

Bu fikirləri MCP sədrinin muavini, politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Ermənistan vətəndaşları Qarabağa gəlib burada hər hansı bir təxribat törətsələr, separatçı açıqlamalar versələr, Azərbaycanın suverenliyinə xələl gətirsələr, təbii ki, Azərbaycan hərəkət etməli və buna yol verməməlidir.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Biz daha əvvəllər də qeyd etmişdik ki, Laçın dəhlizində Azərbaycanın postu olmalıdır. Çünki Ermənsitan Laçın dəhlizi vasitəsilə buradakı separatizmi alovlandırmaq üçün yenidən silah-sursat keçirə, Azəbaycanın suverenliyini pozmaq üçün müəyyən təxribatlar həyata törədə bilər.

Bir neçə gün öncə Kəlbəcərdə minanın partlamasından sonra məlum oldu ki, diversiya etməklə belə minaları basdırıblar. İstisna etmək olmaz ki, mülki geyimdə Ermənistan hərbçiləri gəlir, oradan Kəlbəcər istiqamətinə keçir və mina basdıraraq belə faciələrə yol açıqlar. Azərbaycanın Laçın dəhlizinin bağlanmasına getməsi Rusiya sülhməramlıları ilə toqquşmaya, siyasi böhrana yol aça bilər. Sadəcə olaraq, Azərbaycan Rusiya ilə razılaşdıraraq konkret şəkildə burada post qura, keçid məntəqəsi yarada bilər. Laçın dəhlizinin bağlanması isə mümkün görünmür”.

Siyasi şərhçinin sözlərinə görə, II Qaregin və digərləri Ermənistan vətəndaşı kimi Qarabağa gələ bilərlər, amma onların gəlib təxribat törətmələrinə Azərbaycan və Rusiya sülhməramlıları etiraz etməlidir.

“Biz gördük ki, II Qaregin gələrək silahlı hərbi birləşmələrlə görüşlər keçirir, Azərbaycana qarşı bəyanatlar verir. Təbii ki, bu qəbulolunmazdır və Azərbaycan tərəfi Ermənistana konkret şəkildə nota verməlidir ki, əgər, belə səfərlər təşkil edilərsə, bu ikitərəfli əlaqələri daha da pisləşdirəcək və Azərbaycan tərəfi təxribatları önləmək hərbi əməliyyatlar keçirə bilər”.

Leyla Mirzə

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Haqları pozulan əlillərə kompensasiya verilsin - Deputat
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
Son xəbərlər
Bütün xəbərlər »