Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ola bilsin, Xudavəng zəvvarları diversiya qrupu ilə görüşüblər”
Xudavəng monastırı

Jurnalist həmkarlarımızın minaya düşməsi xəbərindən və yayılan görüntülərdən sonra həmin minaların yeni basdırılması ilə bağlı müxtəlif versiyalar irəli sürüldü. Həmin versiyalardan biri isə bir müddət əvvəl Ermənistandan zəvvarlar qrupunun Rusiya sülhməramlılarının müşayiəti ilə Xudavəng monastır kompleksini ziyarət etmələri ilə bağlıdır. Belə ki, bir qrup vətəndaş düşünür ki, həmin zəvvarların baş verən hadisədə əli var. Hətta sosial şəbəkə istifadəçiləri paylaşımlar edərək aiddiyatı şəxslərdən və qurumlardan xahiş edirlər ki, zəvvarların Laçın dəhlizindən içəri buraxılması qadağan edilsin.

Məsələ ilə bağlı hərbi-siyasi ekspert Elçin Axundzadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bunlar hamısı ehtimallardır.

Elçin Axundzadə Elçin Axundzadə, Hərbi ekspert, ehtiyatda olan zabit

“Bu barədə dəqiq informasiya yoxdur. Ola bilsin ki, onlar əraziyə daxil olan zaman əllərində heç nə olmayıb. Sonradan diversiya qrupu ilə görüşüb və əldə ediblər. Ona görə də, xüsusi əməliyyat keçirilməlidir. Sərhəd Qoşunlarının, Daxili Qoşunların xüsusi təyinatlıları var. Onlar bir-bir meşəlikləri gəzməlidir”.

Ekspertin sözlərinə görə, Müdafiə Nazirliyi Azərbaycan ərazisinə girən zəvvarlar, keşişlər və s. şəxsləri bütün perimetr üzrə müşahidə etməlidir.

“Monitorinq qrupu oturub, PUA-lar, dronlar havada uçur - bəs nəyə görə onlar görməyib? Müdafiə Nazirliyinin kəşfiyyatı və əks-kəşfiyyatı, eləcə də Sərhəd Qoşunları hara baxıb? Biz ruslarla danışmalı, ərazimizə girən şəxslərə tam olaraq nəzarət etməliyik. Bizim nəzarətimiz altında əraziyə girməli və çıxmalıdır”,- deyə ekspert bildirib.

Hərbi ekspert Ədalət Verdiyev açıqlaması zamanı bildirib ki, böyük ehtimalla bu minalar düşmən tərəfindən son günlərdə həmin yollara basdırılıb.

Ədalət Verdiyev Ədalət Verdiyev

“Birinci Qarabağ savaşı zamanı da buna bənzər hadisələrə rast gəlirdik və itkilərimiz də olurdu. Ermənistanın son zamanlar törətdiyi təxribatları ardıcıllıqla nəzərdən keçirsək, görərik ki, düşmən diversiya qruplarının fəaliyyətində daha çox minalar ilə intensiv istifadə olunan yolların istismarına imkan verməməyə və bununla da Qarabağa qayıdış prosesini ləngitməyə çalışır. Baş verən hadisələr bir daha sübut edir ki, təslim olan və 7 aydır ki, minalanmış ərazilərin xəritəsini verməyən Ermənistan öz mənfur niyyətlərindən əl çəkmək fikrində deyil. Odur ki, aidiyyatı qurumlar düşmən təxribatlarının qarşısını almaq üçün zəruri addımlar atmalı, bu diversiya fəaliyyətlərinə cəhd edən qrupları yerindəcə zərərsizləşdirməlidir. Baş verən bu və əvvəlki hadisələr Ermənistanın mülki şəxslərə qarşı cinayətlərinin aşkar sübutudur”.

Leyla Mirzə

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »