Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan Laçın dəhlizində öz postunu qura bilər”
Laçın dəhlizi

“Kəlbəcərdə jurnalistlərin olduğu avtobusun partlaması onu göstərir ki, Ermənistan tərəfi bizimlə hərbi qarşıdurmanın yeni mərhələsinə qədəm qoyublar”.

Bu fikirləri bizimyol.info-ya keçmiş xarici işlər naziri Tofiq Züfüqarov səsləndirib.

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

“Havaların istiləşməsindən və ətrafın yaşıllığa bürünməsindən istifadə edən təxribat qrupları əməliyyatlarını aktivləşdirəcək, partizan fəaliyyətinə başlayacaqlar. Bu fəaliyyət Laçın və Kəlbəcərdə özünü daha aktiv göstərəcək, məqsəd Qarabağdakı əhalinin Ermənistandakılardan izolyasiyasına mane olmaq, sərhəddə gərginliyi saxlamaqdır.

Öz diversiya qruplarının əməllərini isə partizan hərəkatı kimi maskalayacaqlar. Eyni zamanda dövlət sərhədimizdə münaqişənin qaynar formada saxlanması üçün hərəkətlər davam etdiriləcək. Bu planları cızanlar ötən əsrdəki hərbi taktikalara əsaslanırlar. Çünki müasir texnologiyarla belə təxribatçıların hərəkətlərini asanlıqla izləmək olur. PUA-lar artıq xüsusi texnologiya ilə termal kameralarla diversantları izləyə bilirlər. Ona görə də hesab edirəm ki, düşmənin təxribatları artsa, biz PUA-lardan diversantların və onların bazalarının başına endiriləcək zərbə videolarını izləyəcəyik”,- deyə diplomat qeyd edib.

Tofiq Zülfüqarov bildirib ki, Ermənistan tərəfindən qəsdən törədilən bu təxribatlarda məqsəd bölgəyə Fransa və ABŞ qüvvələrinin daxil olmasına şərait yaratmaqdır. Nikol Paşinyan Parisə səfəri çərçivəsində açıq dedi ki, vasitəçilik istəyir:

“Minsk Qrupunu Azərbaycan oyundan kənarlaşdırıb. Ermənistan bu səbəblə istəyir ki, prosesləri qızışdırsın və sərhəddən sonra gərginlik Qarabağa keçsin Fransa və mümkünsə ABŞ da bölgədə yenidən söz sahibi olsunlar. Ermnənistan istədiyi dövləti öz sərhədinə gətirə bilər, bunun qarşısını almaq imkanımız yoxdur, lakin öz sərhədlərimizi möhkəmləndirmək imkanımız var. Buna görə də delimitasiya prosesi sürətlənib başa çatdırılmalıdır. Kimlərinsə vasitəçilik funksiyasını qəbul etmədiyimizi qəti şəkildə ortaya qoymalıyıq. Bölgəyə üçüncü qüvvələrin dartılıb gətirilməsi Putinin nüfuzuna zərbə ola bilər və bu, Ermənistanla onların arasındakı münasibətləri gərginləşdirə bilər. Putin 10 noyabr razılaşmasından sonra elan etdi ki, əgər Ermənistan razılaşmadan imtina edərsə, bu, onun üçün fəlakət olacaq. Biz bu fəlakətin sürətlənməsində maraqlı olmalıyıq. Eyni zamanda İrəvana fürsətlər verməmək üçün Azərbaycan Ermənistana qarşı rəsmən ərazi iddiaları irəli sürməlidir. Ermənistan Zəngəzur dəhlizinin açılmayacağını bildirdi, belə bəyanatlar artmaqda davam edəcək. Ermənistan razılaşmadan imtina etməsi məsələsi qabardılırsa, biz də bəzi bəndlərin icrasından imtina edə bilərik. Məsələn, Laçın dəhlizində öz postumuzu qura, özümüz istədiyimiz şəkildə bundan istifadə edə bilərik. Ruslarla danışıqlar aparılmalıdır, söhbət konstatasiya, yəni faktın təsdiq edilməsi mərhələsindən gedə bilər. Əgər sən razılaşmadan imtina edirsənsə, buna cavab olaraq hansısa siyasi hadisələr baş verməlidir.

Təminatçı rolunu öhdəsinə götürmüş Putin mövqeyini bildirməlidir, Ermənistana təzyiq etməsə, Azərbaycan 10 noyabr razılaşmasının qüvvədən düşdüyünü və Laçın dəhlizini bağladığını elan edə bilər. Hesab edirəm ki, ikinci mərhələdə bu və ya digər şəkildə güc tətbiq edilməlidir ki, Azərbaycanla Naxçıvan arasında əlaqə yaradılsın, bəyannamədə nəzərdə tutulan, amma həyata keçirilməyən öhdəlik həyata keçirilsin”.

İlhamə

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »