Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusdan sağalanlarda "Qiyen Barre" sindromu yaranır
Koronavirusdan sağalanlarda "Qiyen Barre" sindromu yaranır

Birmingem Universitetinin mütəxəssisləri koronavirusu istər ağır, istər yüngül formada keçirimiş insanlar arasında araşdırma apararkən, belə qənaətə gəliblər ki, sağalanların bir çoxunda “Qiyen Barre” sindromu müşahidə olunub. Bu autoimmun xəstəliyin əsas əlaməti əzələ zəifliyi, qansızlıq, əl və ayaq barmaqların keyiməsi, veqetativ sinir pozğunluğudur.

Rusiyada bu hal 1 nəfərdə  qeydə alınıb. Araşadırmaların nəticəsi  “EurekAlert”  elmi jurnalında dərc olunub.Məqalə  müəlliflərindən biri, professor Aleks Rixtner hesab edir ki, koronavirusdan sonra orqanizmdə yaranan anticisimlər ürək və dərinin autoimmun xəstəlikləri zamanı yaranan  anticisimlərə çox bənzədiyi üçün belə problem yaranır, xəstələrdə koordinasiya pozğunluğu əmələ gəlir.

Qeyd edək ki, “Giyen Barre” sindromu əhali arasında poliomielitin sıxlığının azalmasından sonra, süst iflicə səbəb olan xəstəliklər arasında ən çox rast gəlinəni hesab olunur . Xəstəlik çox zaman başqa bir xəstəliyi olmayan insanlarda rast gəlinir. GBS ani başlanğıclı, surətlə inkşaf edən, ağır bir autoimmum poliradikulopatiyadır. Kanada və ABŞ-da ildə 3500 xəstə qeydə alınır. Xəstəlik uşaq yaşlardan tutmuş irəli yaşlaradək rast gəlinir .Qadınlar və kişilər eyni dərəcədə risk altındadir. Yaşlılarda uşaqlara nisbətən daha çox rast gəlinir. Hadisələrin 1/3-də mexaniki ventilyasiyaya ehtiyac yaradan tənəffüs çatışmazlığı yaranır. Xəstələrin yarısında ən sıx üz iflici olmaq üzrə kranial sinir iflicləri müşahidə olunur. Orofaringeal əzələlərdə qüvvətsizlik hadisələrin yarısında, göz hərəkəti iflicləri 10-20% rastlanır. Nadir olaraq papilla ödemi ola bilər və çox artmış beyin-onurğa beyni mayesi proteini ilə birlikdə olur.

May ayında  “Daily Mail” nəşri  virusdan sağalan 9 nəfərin dilinin böyüməsi və şişməsi ilə müşahidə olunan makroqlossiyadan əziyyət çəkdiyini yazmışdı.

Alimlər bildirmişdilər ki, dilin ağızda şişərək nəfəs almağa  və yeməyə əngəl törətməsi vərəm, blastomikoz, sifilir, bədxassəli şişlər və uzun zaman yataq xəstəsi olmuş xəstələrdə müşahidə olunub. Hazırda bu əlamətin koronavirusla əlaqəsi öyrənilir.

Qısası, koronavirus bəlkə dəhşətli bir virus kimi həyatımızdan çəkiləcək, lakin yaratmış olduğu fəsadlar hələ uzun müddət davam edəcək. Bizə onun yeni xəstəliklərə səbəb verməməsini arzu etməkdən başqa bir şey qalmır.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »