Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hulusi Akar: “Ordumuz Türkiyədə, Azərbaycanda sülhə töhfə vermək üçün var gücü ilə çalışır”
Hulusi Akar

“Türkiyə Silahlı Qüvvələri, ölkəmizdə, Azərbaycanda, Kipr, Liviya, Şərqi Aralıq dənizi, Suriya və İraqın şimalında, eləcə də bir çox coğrafiyada həm Türkiyənin, həm də dostlarımızın, qardaşlarımızın təhlükəsizliyini, hüquqlarını qorumaq, qlobal sülhə, rifaha, sabitliyə töhfə vermək üçün var gücü ilə çalışır”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Şərq Aralıq dənizində “DENİZKURDU-2021” təlimlərini müşahidə etdikdən sonra çıxış edərkən bildirib.

H.Akar deyib ki, Türkiyə ordusunun uğurunu həzm etməyən qüvvələr təxribatlar törətməyə cəhd edirlər: “Ordumuza və komandir heyətinə böhtan atmağı vərdiş halına gətirən ordupozanlar var. Fitnə-fəsad ardınca düşən bu “ordupozanlar” nəcib millətimizin sevgisindən, inamından və dualarından ilham alan Türkiyə ordusunun üç qitədə həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara, təlimlərə mane ola və kölgə sala bilməyəcəklər.

Türkiyə Silahlı Qüvvələri, min illərdən süzülüb gələn milli, mənəvi və peşə dəyərlərimizə söykənərək ağılın, məntiqin, elmi biliklərinin işığında, konstitusiyamız və qanunlar çərçivəsində öz vəzifəsini şərəflə icra etməkdədir və bunu əzmlə davam etdirəcəyik. Buna heç kim şübhə etməməlidir”, deyə nazir bildirib.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Ərdoğan: “ABŞ-ın “erməni məsələsi”nə mövqe bildirməsi bizi çox təəssüflənidirir”
Son xəbərlər
Bütün xəbərlər »