Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nigeriyada “Twitter”dən istifadə rəsmən qadağan edilib
Sosial şəbəkələr

Nigeriyalıların hökuməti ölkədə “Twitter”ə daxil olmağı qadağan edib.

APA yerli "Vanguard" nəşrinə istinadən xəbər verir ki, bununla bağlı Nigeriyanın Baş prokurooru və ədliyyə naziri Abubakar Malami əhaliyə müraciət edib.

Müraciətdə bildirilib ki, “Twitter” sosial şəbəkəsi ilə bağlı qadağanı pozanlar mühakimə olunacaq.

Baş prokuror, qayda pozanların dərhal şakarlanması və mühakimə olunması ilə bağlı müvafiq dövlət orqanlarına təlimat verdiyini açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl Nigeriyanın İnformasiya və mədəniyyət naziri Lai Mohammed “Twitter”in ölkədə iyunun 5-dən işinin dayandırıldığını elan etmişdi. Nazir sözügedən sosial şəbəkənin Nigeriyanın birliyini və təhlükəsizliyini pozmağa çalışanlar tərəfindən daim istifadə olunduğunu demişdi.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »