Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotiklə tutuldu, oğurluq etdiyi də müəyyən edildi
Həbs

Narkotiklə tutulan keçmiş məhkumun oğurluq əməllərinin də üstü açılıb.

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Rasim Məmmədov saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən 2 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Ətrafında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində onun Lənkəran rayonu ərazisindəki bir neçə obyekt və evdən oğurluq etdiyi də müəyyən edilib. Belə ki, R.Məmmədovun şirniyyat evlərindən birindən 6 ədəd televizor, bundan əlavə parfümeriya mağazasından, çay evindən və bir yaşayış evindən oğurluqlar etdiyi müəyyən olunub. Oğurladığı əşyaların bir qismi onun saxladığı yerlərdə aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »