Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Qərb ölkələrində casus sistemini necə qurur...
Casus

Rusiyanın zamanla ayrı-ayrı Qərb ölkələrində casus dəstəsi yaratmasıyla bağlı qalmaqal yaşanır. Hər dəfə məsələ diplomatik qarşıdurma səviyyəsinə çatır. Bir az sakitlik yaranandan sonra yeni və tamam başqa casus söhbəti gündəmə gəlir.

Bizimyol.ino xəbər verir ki, Almaniyanın “Focus” jurnalı yenə Qərb cəmiyyətlərini ciddi narahat edən mövzudan danışıb. Avropa nəşri Rusiyanın bu ölkəyə casuslarını necə yerləşdirməsindən bəhs edib.

“Focus” daha çox o fikirdədir ki, rus casuslar Almaniyaya diplomat qiyafəsiylə daxil olur. Təxminən 200 casus bu üstünlükdən istifadə edə bilib. Onlar müxtəlif sektorlarda yer almağa çalışır, Rusiya xüsusi xidmət orqanlarını informasiya ilə mütəmadi təmin edir.

“Əsas toplaşma yeri təkcə Berlindəki səfirlik deyil. Onlar Hamburqda, Leyptsiqdə, Frankfurtda, Münhendə toplaşırlar. Casuslar siyasətdə, biznesdə, orduda, mediada əməkdaşlığa cəlb edilmiş adamlardan Kreml üçün məxfi məlumatlar alırlar”.

“Focus” yazısında Konstitusiyanın Müdafiəsi Federal İdarəsinin analitik hesabatından istifadə edib. Hesabatda bildirilir ki, toplanan məlumatların qiymətləndirilməsi və çeşidlənməsi işinə Berlindəki səfirlikdə baxılır. Bundan başqa, yuxarıda adı çəkilən 4 şəhərdəki konsulluqda da işin müəyyən hissəsi həyata keçirilir. Casuslara diplomatik status Almaniya hökumətinin nəzarətindən yaxa qurtarmaq üçün lazımdır. Hesabatda yazılıb ki, onların topladığı məlumat yükü son illər xeyli artıb.

“Federal idarənin yüksəkvəzifəli əməkdaşı “Focus”a deyib ki, casuslara nəzarət etmək çox çətindir. Onlar yaxşı hazırlıq sayəsində Almaniya təhlükəsizlik xidmətlərinin nəzarətindən nəzərə çarpmadan yayına bilirlər”.

Böyük Britaniyanın Mİ-6 məxfi xidmətinin keçmiş direktoru Con Soers də bu qənaətə gəlmişdi. Onun fikrincə, Rusiyanın Avropadakı casusluq fəaliyyətinin yalnız 10 faizi qitənin xüsusi xidmət orqanlarına məlumdur. Yəni Kreml köhnə dünyada ayrı-ayrı sahələrdə baş verənlərin əksəri haqda məlumatlı olur. Rusiyanın Qərb dünyasına üstün gəlməsinin arxasında da bu fakt dayanır. Casus sistemi Kremlin Avropa üzərində böyük qələbəsini təmin edir.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »