Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlını öldürən rus polisin həyat yoldaşı Putinə müraciət edib
Vəkil Abdullayev Rusiya polisi tərəfindən öldürüldüyü epizod

Rusiyanın Novosibirsk şəhərində yol polisi əməkdaşının azərbaycanlını öldürməsi ətrafında gərginlik iyunun 4-də bir az da artıb. Vəkil Abdullayevi qətlə yetirmiş Aleksandr Qusevin həyat yoldaşı dövlət başçısı Vladimir Putinə müraciət edib. Novosibirsk polisi azərbaycanlıların xəbərə sərt reaksiya verəcəyini nəzərə alaraq açıqlama yayıb. Polis Natalya Qusevanın şəxsi təşəbbüsü ilə belə addım atdığını bildirib. Açıqlamaya görə, qadın vəkili ilə məsləhətləşəndən sonra bu cür qərar verib.

Bizimyol.info xəbər verir ki, Natalya Quseva müraciətində ailəsinin, yaxınlarının, şəxsən özünün təhdid mesajları aldığını bildirib. Halbuki Novosibirsk polisi bu versiyanı yaxına buraxmır. Quseva isə həyatına təhlükə yaranmasında israr edir. Qadın prezidentdən istintaqa təzyiqə imkan verilməməsini də xahiş etməyi unutmayıb.

Natalya Quseva Natalya Quseva

Qusevanın vəkili də təxminən eyni sözləri deyib. O, Azərbaycan diasporunun xüsusi təzyiq göstərdiyini bildirib. Novosibirskin deputatı Rostislav Antonov diasporun rəhbərliyinin hətta ona zəng vurduğunu bildirib.

Hadisə mayın 28-də Moşkovo qəsəbəsində baş vermişdi. Yol polisi əməkdaşları üç azərbaycanlının olduğu avtomobili saxlayandan sonra onlara qarşı güc tətbiq etmişdi. Ruslan Qurbanovu maşına güclə əyləşdirməyə çalışanda Vəkil Abdullayev buna etirazını bildirmişdi. Aleksandr Qusevin əlini tabel silahına atması faciə ilə nəticələnmişdi. Başından güllə yarası alan Vəkil Abdullayev iki gün sonra xəstəxanada keçinmişdi.

İyunun 2-də sosial şəbəkələrin Rusiya seqmentində Moşkovoda qalmaqalın böyüməsiylə bağlı müzakirələr başlamışdı. İddiaya görə, qəsəbəyə 60-dan çox silahlı azərbaycanlı gəlib. Bundan sonra Qusevin yaxınlarının qəsəbəni tərk etdiyi bildirilirdi. Onlara konkret təhdid olunmadığı, amma təhlükəsizlik üçün belə addım atıldığı qeyd edilirdi.

Rusiyanın Daxili İşlər Nazirliyi müzakirəyə dərhal reaksiya vermişdi. Nazirlik silahlı azərbaycanlıların Moşkovoya üz tutmasıyla bağlı yazılanların həqiqətə uyğun olmadığını açıqlamışdı. Yerli sakinlər isə qəsəbədə vəziyyətə hələ də xüsusi təyinatlıların nəzarət etməsindən danışır.

Paylaş »
››› ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"
››› Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› German Kulikovski: “Ermənistan Qərbə yönələcək, Rusiya Qarabağdan çıxarılacaq”
››› Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
Son xəbərlər
Bütün xəbərlər »