Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beynəlxalq ictimaiyyət, xüsusilə də Fransa ermənilərin lehinə olan balanssız siyasətlərini dayandırmalıdır - Natali Qule
Natali Qule

Ötən həftə Bakıda səfərdə idim və Ağdamı ziyarət etdim. Minalanmış ərazinin böyüklüyünü gördüm. Ərazi Şimali və Cənubi Koreya arasındakı demilitarizasiya zonasındakından daha çox minalanıb.

Trend-in məlumatına görə, bunu Fransa Senatının və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Natali Qule deyib.

Fransalı senator bildirib: "Kəlbəcərdəki minaya görə həlak olan 2 jurnalistin Sirac Abışov və Məhərrəm İbrahimovun ailələrinə dərin hüznlə başsağlığı vermək istəyirəm.

Erməni hərbi qüvvələri minaların xəritəsini verməlidir.

Beynəlxalq ictimaiyyət və xüsusilə də Fransa ermənilərin lehinə olan balanssız siyasətlərini dayandırmalıdır.

Azərbaycan Minaların Təmizlənməsi Agentliyinə baş çəkdim. Beynəlxalq ictimaiyyət ədalətli və balanslı bir siyasətlə Azərbaycanın bütün minaları təmizləməsində və sülh prosesinə kömək etməlidir.

Avropalı həmkarlarımdan seçki səbəbləri ilə erməni lobbisini dəstəkləmək əvəzinə, öz fikirlərini bildirmək üçün Azərbaycana getmələrini xahiş edirəm".

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »