Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlon Maskın atdığı tvit birja bazarında qiymətləri dəyişdirdi - Foto
İlon Maskın atdığı tvit birja bazarında qiymətləri dəyişdirdi - Foto

Dünyada ən populyar kriptovalyuta olan “Bitcoin”in qiyməti düşüb.

Rəqmsal pulun dəyərinin düşməsi İlon Maskın kriptovalyuta haqqında “Twitter” hesabında paylaşımından sonra baş verib.

Onun “Bitcoin”lə yanaşı qırılmış ürək emojisi paylaşımı kriptovalyutanın 1000 dollardan çox ucuzlaşmasına səbəb olub.

Mask eyni zamanda, Linkin Parkın “Sonda” mahnısından (In the end) bir qədər dəyişdirilmiş sitatı əlavə edib: “Yəni sonda bunun heç bir əhəmiyyəti yoxdur?”

Bundan sonra kripto valyutası təxminən 38,5 min dollardan 37,3 minə düşüb.

Ticarət həcmi baxımından ən böyük kriptovalyuta birjası olan “Binance”da “Bitcoin” 5,5% ucuzlaşaraq 36.58 min dollar olub.

20-dən çox mübadilə üçün ortalama qiyməti hesablayan “CoinMarketCap” portalına görə, “Bitcoin” 5,1 % nisbətində 36,74 min dollara qədər ucuzlaşıb.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »