Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zeynəb Xanlarovanın bacısı oğlunun həbsi tələb olundu: “Uşaqlarım acından günorta durur”
Daşqın Nəsirov

Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov məhkəmə qarşısına çıxarılıb. O, Türkanda 79 yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanovanın adına saxta ölüm şəhadətnaməsi çıxarılmaqla, hər birinin 25 sot torpaq sahəsini satıb, pullarının mənimsənilməsində ittiham olunur.

Bizimyol.info xəbər verir ki, Daşqın Nəsirov bu iş üzrə təqsirləndirilərək məhkəmə qarşısına çıxarılan 5 nəfərdən biridir. Digər dörd nəfər isə Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə keçmiş nümayəndəsi Rahil Babayev, Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulov və onun müavini Eldar Mirzəyev, Türkan qəsəbəsində daşınmaz əmlak alqı-satqısıyla məşğul olmuş Çingiz Səfərovdur. Adları çəkilən şəxslərdən ikisi – Rahil Babayev və Çingiz Səfərov həbsdədir. Daşqın Nəsirov əvvəl axtarışda olub. Dekabrda həbs edilsə də, apreldə səhhhətində problem olması əsas gətirilərək, buraxılıb.

Bu işlə əlaqədar daha iki nəfər – Türkan bələdiyyəsinin keçmiş sədri Mehman Ağayev və Qərib Nadirov isə hələ də axtarışdadır. Onların haqqında cinayət işi ayrılıb.

İyunun 4-də məhkəmədə yalnız Çingiz Səfərov özünü Cinayət Məcəlləsinin 320-ci (sənədləri saxtalaşdırma) maddəsi üzrə qismən təqsirli bilib, digər ittihamları isə qəbul etməyib. O biri təqsirləndirilənlər isə ümumiyyətlə, heç bir ittihamla razılaşmayıb.

Zərərçəkmiş statusunda ifadə verən 79 yaşlı Əzizəxanım Atayeva Daşqın Nəsirovun da həbs olunmasını tələb edib. O bildirib ki, övladlarının maddi durumu çox ağırdır. Amma bu şəxslər onların 25 sot torpaq sahəsini satıb, pulunu mənimsəyiblər. Üstəlik, azadlıqda gəzirlər: “Mən bu işə görə 9 aydır küçələrdəyəm, pensiyamı taksilərə verirəm. Mənim uşaqlarım acından günorta durur, onların haqqı olan torpağı bunlar satıb yeyiblər. Tələb edirəm ki, Daşqın da həbs olunsun...”

91 yaşlı Xumara Şabanova bildirib ki, 25 sot torpaq sahəsini oğlunun adına rəsmiləşdirməyə gedərkən onlardan xəbərsiz satıldığını öyrəniblər: “Oğlum çıxıb dedi ki, ay ana, bağımızı bizdən xəbərsiz satıblar, sənin də adına ölüm kağızı çıxarıblar. Mən adıma ölüm kağızı düzəldən adamı görmək istəyirəm. Ona iki kəlmə deyiləsi sözüm var”.

Məhkəmə prosesi davam edir.

Paylaş »
››› Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› “Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »