Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Komitəsi Kəlbəcərdə minaya düşərək həlak olanlarla bağlı bəyanat yayıb
AZTV əməkdaşları minaya düşüb

Azərbaycanın Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olan mülki şəxslərlə bağlı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bəyanat yayıb.

APA-nın məlumatına görə, bəyanatda deyilir:

“Aqressiya Qurbanı olan Günahsız Uşaqlar Gününün qeyd olunduğu 4 iyun tarixində azərbaycanlı uşaqlar növbəti dəfə erməni terrorundan zərər çəkdilər.

10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanması ilə İkinci Qarabağ müharibəsinin bitməsinə baxmayaraq, Ermənistanın Azərbaycana qarşı təxribatçı əməlləri davam etməkdədir.

4 iyun 2021-ci il tarixində işğaldan azad olunmuş torpaqlarımızda çəkiliş aparan Azərbaycan Televiziyası və Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşlarının və bir dövlət qurumu nümayəndəsinin Kəlbəcər rayonu, Susuzluq kəndi ərazisində minaya düşərək həyatlarını itirməsi, nəqliyyat vasitəsində olan digər 4 nəfərin isə ağır xəsarətlər alması ilə nəticələnən növbəti cinayət hadisəsi baş vermişdir. Nəticədə, daha 3 ailənin azyaşlı uşaqları atasız qalmış, ata nəvazişindən və qayğısından məhrum olmuşdur.

Ermənistan Silahlı Qüvvələri tərəfindən davam edən amansız və aqressiv davranışlar 44 günlük Vətən müharibəsi dövründə özünü daha qabarıq büruzə verdi. Bütün dünya münaqişə zonasından kənarda, Azərbaycanın Naftalan, Ağcabədi, Gəncə və Bərdə şəhər və rayonlarında mülki əhaliyə qarşı ermənilərin terror hücumlarının yaxından şahidi oldu. Bu terror hadisələri nəticəsində 12 uşağın həyatını itirməsi, 50 uşağın isə xəsarət alması işğalçı Ermənistan Silahlı Qüvvələrinin əsl simasını bir daha ortaya qoydu.

30 ilə yaxın müddətdə Azərbaycanın mülki əhalisinə, xüsusilə də uşaqlara qarşı Ermənistan Silahlı Qüvvələrinin amansız və aqressiv davranışlarının bu günə kimi hələ də davam etməsi, insanların həyat və sağlamlıqlarının ciddi təhlükə altında qalması, ümumilikdə insan hüquqlarına ziddir.

Azərbaycan dövləti və xalqı daha neçə müddət barbarlığın, insan və bəşəriyyət əleyhinə düşmənçiliyin ən pis və eybəcər üzü olan Ermənistan və onun faşist xisləti ilə üz-üzə qalmalı, hələ nə qədər soydaşlarımız öz torpağında bu qəddar düşmənçiliyin qurbanı olmalı, nə qədər körpə, azyaşlı və yeniyetmənin ömrü yarıda qırılmalı, gələcəyi məhv olmalı, arzu və xəyalları puç olmalıdır ki, cavabdeh beynəlxalq qurumlar buna laqeyd qalmasınlar və lazımi münasibət bildirsinlər?

Axı uşaqları müharibə və hərbi cinayətlərin təsirlərindən qorumaq, onların yaşamaq hüququnu təmin etmək hər birimizin borcudur. Hər bir uşağın sülh şəraitində, zorakılıqdan uzaq, xoşbəxt ailə mühitində, valideynləri ilə birgə yaşamaq hüququ vardır.

Odur ki, bütün aidiyyəti beynəlxalq təşkilatları və bütövlükdə dünya birliyini BMT-nin Uşaq Hüquqları Konvensiyasını, eləcə də Cenevre Konvensiyalarını kobud şəkildə pozaraq, insan həyatına qəsd etməkdə davam edən erməni hərbi siyasi hakimiyyətini sərt şəkildə qınamağa, işğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların xəritəsinin Azərbaycana təqdim edilməsi üçün təcili və təxirəsalınmaz tədbirlər görməyə çağırırıq”.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »